Ukrayna-Rusiya: müharibədən qaçan azərbaycanlılar - şəkillər

Rusiyanın Ukraynaya hücumu ilə bağlı bu ölkədən qaçqın axını başlayıb.

Ölkəni tərk etməyə çalışanlar arasında Azərbaycan vətəndaşları da var.

Onların bir qrupu martın əvvəlində Rumıniya paytaxtına gəlib.

Martın 4-də Buxarest vağzalına gələn qatarda Ukraynada yaşayan 1 minə yaxın azərbaycanlı olub, informasiya agentlikləri xəbər verir.

Cütlük Kiyev şəhərindən Avropaya yollanan qatardakı qohum və yaxınlarını yola salır.

BMT bildirir ki, Ukraynadakı münaqişə infrastrukturun dağılmasına səbəb olub və təhlükəsizlik, müdafiə və yardım axtaran insanları evlərini tərk etməyə məcbur edib.

Ukraynanı tərk edənlər əsasən qadınlar, yaşlılar və gənclərdir.

Rumıniya hökuməti Ukraynadan yarım milyona kimi insanın gəldiyini bildirir.

Birləşmiş Millətlər Təşkilatı Ukrayna ilə Rusiya müharibəsinin ilk üç həftəsində 2,8 milyon dinc sakinin ölkədən qaçdığını bildirir.

Həmçinin oxuyun: