2021-ci il dünya boyu maskalarda və izdihamsız qarşılanıb - şəkillər

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Moskvada bayram atəşfəşanlığı təşkil olundu, lakin Qızıl Meydanda Yeni il gecəsi bu dəfə boş qaldı

Dünya boyu 31 dekabr axşamı əksər şəhərlərdə bu il fərqli keçib. Koronavirus pandemiyası səbəbindən kütləvi bayram tədbirləri ləğv edilib və sərt karantin məhdudiyyətləri olan bəzi ölkələrdə insanlara səs-küylü məclislər keçirməmək məsləhət görülüb.

Yeni ilin gəlişini qeyd etməyə icazə verildiyi yerlərdə isə insanlar maska taxmalı və təhlükəsizlik qaydalarına əməl etməli idilər.

Britaniyanın paytaxtı Londonda, "London Eye" deyilən əyləncə meydançasında ənənəvi Yeni il atəşfəşanlığı ləğv edildi.

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, "2021" rəqəmləri London səmasında dronlar vasitəsilə "çəkilib"

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Londonda lazer şousu

Parisdə də Yeni ilin küçələrdə kütləvi qarşılanmasına icazə verilməyib. Ənənəvi bayram tədbirləri əvəzinə elektron musiqi ustası Jean-Michel Jarr kompüter qrafikası vasitəsilə virtual olaraq Notre Dame kilsəsində konsert təşkil edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Yeni il gecəsi Yelisey meydanı polis maşınları ilə dolu olub

New-York-un Times Square meydanı həmişəki kimi bəzəkli olub, amma bu dəfə meydanda tamaşaçılar olmayıb. Burada təşkil olunmuş kiçik bir konsertin əsas mövzusu koronavirus ilə mübarizə mövzusuna həsr olunub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, New-York-un Times Square meydanı

Tokioda insanlar Kanda məbədində ibadət etməyə gəliblər. Pandemiya səbəbindən ibadətə gələnlərin sayına məhdudiyyət qoyulub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tokioda insanlar Kanda məbədində ibadət ediblər

Bir il əvvəl Covid-19 koronavirusun ilk aşkarlandığı Çinin Uhan şəhərində sakinlər Yeni ili şəhərin mərkəzi hissəsində qarşılayıblar.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Koronavirus pandemiyası Uhan şəhərindən başlayıb

Cənubi Koreyada bir çox ailələr Yeni ili evlərində şam yeməyi ilə qarşılayıblar.

Şəklin mənbəyi, EPA

BƏƏ-də Ras əl-Hayma əmirliyi möhtəşəm atəşfəşanlıq təşkil edib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Birləşmiş Ərəb Əmirliklərində yeni il belə qarşılanıb

Dubayda Yeni ilin gəlişi dünyanın ən hündür binası - Bürc Xəlifə üzərində atəşfəşanlıqla qeyd olunub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Dubayda Yeni il