Siçovul qovmaqdan Kremlə: Putini formalaşdıran anlar

Oxuma vaxtı: 1 dəq

Vladimir Putin təxminən 25 il əvvəl Rusiyanın rəhbərliyinə gəlməzdən öncə demək olar ki, geniş ictimaiyyət tərəfindən tanınmırdı.

Bu gün isə o, ölkə daxilində getdikcə daha avtoritar idarəçilik üslubu ilə seçilən liderə çevrilib və verdiyi qərarlar, o cümlədən Ukraynaya hərbi müdaxilə əmri onun dünya səhnəsindəki rolunu və təsirini müəyyənləşdirib.

Onun Kremldən əvvəlki həyatı barədə məlum olanların böyük hissəsi özünün müxtəlif vaxtlarda danışdığı xatirələrə əsaslanır.

Uşaqlıqda siçovul qovmaqdan tutmuş, onu siyasətə gətirən taleyin dönüş nöqtəsinə qədər olan erkən həyat mərhələlərinə nəzər salırıq və həmin dövrün bir liderin şəxsiyyətinin formalaşmasına necə təsir göstərdiyini araşdırırıq.

Video açılmırsa, Youtube kanalımızda baxın.