You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyada "çörək, ərzaq bahalaşır, zavodlar bağlanır"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyanın mətbuatında əsas mövzulardan biri ölkənin pisləşən iqtisadiyyatı ilə bağlıdır.
BBC News-un Rusiya redaktoru Steve Rosenberg Rusiya qəzetlərindəki yazıları təhlil edib.
"Nezavisimay Qazeta" yazıb ki, bəzi ruslar kommunal ödənişləri ödəmək üçün borca giriblər.
Ölkədə 1 iyuldan bəri kommunal tariflərin orta hesabla 12% artıb.
Rusiyada həm də çörək bahalaşır. Ancaq buğda qiymətləri düşür.
Ölkədə illik inflyasiya keçən həftə 9,45%-ə çatıb. Çörək qiymətləri isə illik müqayisədə 15-17 faiz bahalaşıb.
Rusiyanın buğda ixracının ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə azalıdığı deyilir.
Əvvəl 2.7 milyon ton olan buğda ixracı indi 565,000 ton təşkil edib.
Bahalaşan təkcə çörək deyil, albalı qiymətinin də sürətlə artdığı bildirilir.
Keçən ay, albalı ötən ilə nisbətən 38% daha bahalı olub.
Digər yandan Rusiyada sement zavodları çöküş həddindədir.
Qəzetlər yazır ki, tələbin azalması və idxalın artması, Rusiya sement zavodlarını istehsalın dayandırılması ilə təhdid edir.
Belqorod sement zavodu artıq qazancı azaldığı üçün müvəqqəti olaraq istehsalı dayandırıb.
Rusiya sementə tələbat azalsa da yeni tikililərdə evlərin qiyməti illik müqayisədə 17,9% artıb.
Bir təhlil qrupu təklif edir ki, məsələn, ət, yumurta, çörək, kartof və digər əsas ərzaq məhsullarının qiymətlərini üç-dörd ay müddətinə müvəqqəti dondurmaq olar.
Bunula onlar ərzaq bahalaşmasının qarşısın almaq istəyirlər.
Lakin iqtisadiyyat üzrə ekspertlər deyir ki, bu başqa rsiklər yaradır.
Qiymətlər dondurulsa bu malların çatışmazlığına, məhsulların keyfiyyətinin və çeşidinin azalmasına, qara bazarın yaranmasına gətirib çıxara bilər.
Video açılmırsa, Youtube kanalımızda baxın.