"Çıxış yolum qalmayıb. İş yox, müavinət yox. Vətəndaş neyləsin?"

Oxuma vaxtı: 2 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Astara sakini İmaməli Əsədullayev işsizlikdən gileylidir.

İmaməli Əsədullayev deyir ki, 2024-cü ilin mart ayında işsizliklə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, hələlik bir nəticə ala bilməyib.

O BBC-yə deyir ki, gündəlik "kiminsə televizorunu, krosna antennasını düzəldirəm, 2-3 manat verirlər".

O vurğulayır ki, qazandığı 2-3 manatla ancaq çörək almaq olar.

Deyir ki, valideynlərindən pul istəyəndə utanır.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdürü Vamiq Nəsirov yerli mediaya deyib ki, İmaməli Əsədullayev "orta ixtisas təhsillidir, yalnız öz ixtisası üzrə işlə təmin olunmağını istəyir və onun yaşadığı ərazidə uyğun vakansiya yoxdur... Özünüməşğulluq proqramından isə imtina edib".

Video açılmasa, Youtube-da izləyin.