Rusiya faiz dərəcəsini 10,5 faizədək artırıb

Şəklin mənbəyi, Reuters

Rusiyanın Mərkəzi Bankı faiz dərəcəsini bir faiz artıraraq 10,5 faizə qaldırıb.

Bundan cəmi altı həftə öncə faiz dərəcəsi 8 faizdən 9,5 faizədək qaldırılmışdı.

Bankın rəsmi saytında bildirilir ki, "inflyasiya riskinin kəskinləşməsi" baş versə, faiz dərəcəsi daha da artırılacaq.

Hər ay keçirilən iclasında Rusiya Bankı həmçinin deyib ki, dekabrın 8-dən illik inflyasiya 9,4 faiz təşkil edir.

Rublun zəifləməsi və Qərbdən yemək məhsullarının idxalına qadağaya görə inflyasiyanın səviyyəsi yüksək olaraq qalıb.