Rusiya: 2015-ci ildə tənəzzül xəbərdarlığı

Şəklin mənbəyi, AP

Rusiya hökuməti xəbərdarlıq edib ki, Qərbin sanksiyalarına və düşən neft qiymətlərinə görə gələn il ölkənin iqtisadiyyatı tənəzzülə uğrayacaq.

Rusiyanın iqtisadi inkişaf nazirliyi təxmin edir ki, iqtisadiyyat 0,8 faiz daralacaq.

Daha əvvəl nazirlik hesablamışdı ki, 2015-ci ildə iqtisadiyyat 1,2 faiz inkişaf edəcək.

Rusiya neft sənayesindəki vergilərdən əldə etdiyi gəlirlərə çox arxalanır deyə qiymətlərdə hər hansı dəyişiklik iqtisadiyyatına böyük təsir göstərir.

Ailəvi təmiz gəlirlərin həmçinin 2,8 faizədək azalacağı proqnozlaşdırılır. Nazirliyin əvvəlki hesablamalarında bu gəlirlərin 0,4 faiz artacağı gözlənilirdi.

Rusiya iqtisadi proqnozundakı kəskin dəyişmə, hökumət tərəfindən iqtisadiyyatın tənəzzül edəcəyi barədə ilk etiraf olduğuna görə daha böyük əhəmiyyət kəsb edir.