Türkiyə Fethullah Gülenin ekstradisiya olunmasına çalışacaq

Ərdoğan - Gülən
Şəklin alt yazısı, Türkiyənin Baş naziri Fətullah Gülənin ABŞ-dan ekstradisiya olunacağına inandığını bəyan edib.

Türkiyə ABŞ-da yaşayan dini xadim Fethullah Gülenin ekstradisiya edilməsinə nail olmaq niyyətindədir, Baş nazir Recep Tayyip Erdoğan deyib.

Baş nazir Erdoğan vaxtilə müttəfiqi olmuş Fethullah Güleni tərəfdarları vasitəsilə onu devirməyə çalışmaqda ittiham edib.

Dini xadim isə Baş nazirə qarşı kampaniya apardığını inkar edib.

Türkiyə höküməti son vaxtlarda silsilə korrupsiya qalmaqalları ilə üzləşib, hüquq müdafiəsi təşkilatları höküməti ölkəni avtoritar üsüllarla idarə etməkdə ittiham edib.

Çərşənbə axşamı günü parliamentdə çıxış edən Baş nazir Erdoğan, xəbərlərə görə, ekstradisiya prosesinin başlanacağını bildirib.

"Nümunəvi tərəfdaş"

Türkiyə Baş naziri parlamentdəki çıxışından əvvəl Amerika PBS yayım şirkətinə verdiyi müsahibədə ABŞ-ın Güleni Türkiyəyə ektradisiya edəcəyinə ümid etdiyini bildirib.

Müsahibəsində cənab Erdoğan Vaşinqtonun “nümunəvi tərəfdaş” kimi məsələni həll edəcəyinə inandığını vurğulayıb.

"Onlar azı onu deportasiya etməlidir," - Baş nazir deyib.

74 yaşlı Fethullah Gülen 1997-ci ildən ABŞ-ın Pensilvaniya ştatında könüllü mühacir kimi yaşayır.

Onun siyasətdə və ədliyyədə çoxlu sayda tərəfdarları olduğu güman edilir.

Fethullah Gülen dünyanın 150 ölkəsində milyonlarlarla tərəfdarı və pərəstişkarı olan Hizmət hərəkatının yaradıcısı kimi tanınır.

Baş nazir Erdoğan Hizmət hərəkatını və Fethullah Güleni son zamanlar Türkiyə hökümətinin üzləşdiyi silsilə korrupsiya ittihamları və qalmaqallarını qızışdırmaqda ittiham edib.

Hizmət hərəkatının üzvü olduqları iddia edilən Türkiyənin Ədliyyə və Polis sistemində minlərlə məmur vəzifələrindən uzaqlaşdırılaraq başqa iş yerinə köçürülüblər və ya onların vəzifə rütbəsi azaldılıb.

Son 1 il ərzində Türkiyədə Erdoğanın 10 illik hakimiyyətinə qarşı və korrupsiya ittihamları ilə bağlı çoxsaylı kütləvi etiraz aksiyaları keçirilib.