Türk mediası seçkilər barədə nə deyir?

Şəklin mənbəyi, AFP
Bazar günü Türkiyədə keçirilən seçkilər nisbətən dinc keçib və gecə yarısına qədər hakim AKP partiyası qələbəsini elan edib.
Türk telekanalları, o cümlədən NTV, CNNTurk, TRT1, Show və Star seçkilər barədə geniş proqramlar verib və cənab Erdoğanın eyvandan etdiyi çıxışı yayımlayıb.
Jurnalist Ali Bayramoğlu və siyasi elmlər eksperti Fuat Keyman ötən gecə NTV telekanalında şərhləri zamanı deyiblər ki, Baş nazirin nitqi əsasən dövlətin yenidən strukturlaşdırılması və Türkiyədə AKP-nin qüvvəsinin konsolidasiyası barədə olub.
Sosial mediada, əsasən Facebook şəbəkəsində cənab Erdoğanın bütün ailəsinin - xüsusən oğlu Bilalın eyvana çıxması geniş şərh olunub. Bilal Erdoğanın adı da korrupsiya ittihamlarında <link type="page"><caption> çəkilmişdi</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/02/140225_erdogan_phone_tapping.shtml" platform="highweb"/></link>.
Anti-hökümət Facebook istifadəçiləri həmçinin korrupsiya ittihamlarına baxmayaraq, əksəriyyəti AKP-ə səs verən Türkiyə xalqına etiraz edib. Bəziləri başqa ölkəyə köçəcəklərini, bəzilərisə seçki saxtakarlığı barədə iddiaları vurğulayıb.
AKP tərəfdarları isə Facebookda seçki nəticələri barədə məmnunluqlarını göstərib, eyni zamanda Gülen Hərəkatını tənqid ediblər.
Bəziləri Facebookda AKP tərəfdarlarının Gülen Hərəkatının nüfuzlu Zaman qəzetinin İstanbuldakı redaksiyası qarşısında etiraz etdiyini göstərən fotolar paylaşıb. Bu seçkilərdə Zaman qəzeti dünyəvi, Atatürkçü CHP partiyasını dəstəkləyib.
Bazar ertəsi televiziya və sosial media müzakirələri davam etməkdədir. CNNTurk şərhçisi Hakan Celik səhər bülletenində deyib ki, seçki nəticələri cənab Erdoğanın siyasətinin və münasibətinin nəticəsidir. Onun sözlərinə görə, bu nəticə ilə türk xalqı deyib ki, ölkədə böyük problemlər var və Erdoğan onları həll edir.
Qəzetlər nə yazır?
<span >Aydınlık(dünyəvi, neo-millətçi): "Seçki nəticələri bizi aldatmasın. AKP 90 faiz alsa da Türkiyəni daha idarə edə bilməz. AKP-nin səsləri qarınları doydururmu? Türkiyəni birləşdirmək planları varmı? CHP vətənpərvər səsləri AKP-ə itirdi. AKP [Gülen] cəmiyyətindən qurtuldu və səslərini artırdı. CHP cəmiyyətə sarıldı və səslərini itirdi". (Baş məqalə)
<span >Milliyet(mərkəzçi): "Bu seçkilər sadəcə bələdiyyə seçkiləri deyildi. Seçkilər Baş nazir Erdoğan barədə olub. AKP-ə səs verənlər əslində Erdoğana səs verdi. AKP-ə səs verməyənlər Baş nazirə qəzəbli olduqlarına görə verməyiblər. [...] Seçkilərin bir qalibi var. Tayyip Erdoğan". (Mehmet Tezkan, köşə yazısı)
<span >Cümhuriyet(dünyəvi, Atatürkçü): "İqtidar partiyası 40 faizdən çox səs alırsa, büyük şəhərlərdə burun-buruna yarışırsa, bunun tək tərcüməsi var: seçici korrupsiya iddialarına qulaq asmayıb, basqıların haqlı edildiyinə inanıb, hökümətə yenidən haqq qazandırıb. Hökümətin "Mənim [hökümətin] gələcəyim əlimdən gedir" həqiqətini "Ölkənin gələcəyi əlinizdən gedir" deyə əks etdirməkdə müvəffəq olduğu aydın olur". (Can Dündar, köşə yazısı)
Qəzet başlıqları
Hökümətpərəst qəzetlər AKP-nin qələbəsini vurğulayır:
Mərkəz sağçı Akşam: "Xalqın qələbəsi"
Mərkəz sağçı Haber Türk: "Erdoğanın qələbəsi"
Mərkəzçi Sabah: "Erdoğana etimad səsi"
Mərkəz sağçı Star: "Xalq sui-qəsdi seçki qutusunda basdırıb"
Bulvar Takvim qəzeti hər partiyanın aldığı səs faizinin yanında "Bu da son tape" (səs yazısı) başlığı qoyub.
Mərkəzçi Güneş qəzeti: "Montajsız qələbə"
Gülen Hərəkatının Zaman və Bugün qəzetləri mülayim başlıqlarla çapa çıxıb.
Zaman: "Böyük şəhərlərdə nəfəs-nəfəsə yarış".
Bugün: "CHP nəfəs-nəfəsə izlədi"
Hürriyet: "Seçki qərarı"
Mərkəzçi Milliyet: "O öz rekordunu yenilədi"
Solçu Taraf: "Dayanmayın, gərginliyə davam"
Dünyəvi, Atatürkçü Cümhuriyet: "Gərginlik qalib gəldi"
Solçu Evrensel: "Yüksək töhfə, yüksək gərginlik"
Dünyəvi, Atatürkçü bulvar Sözçü: "40 şəhərdə işıqlar kəsilib və AKP seçkiləri udub"
























