Ukrayna: Leninin "dəyişən" heykəlləri

4 il əvvəl Avromaydan adıyla tanınan kütləvi çıxışlardan sonra Ukraynada, heykəllər də daxil, bir çox kommunist rəmzləri yığışdırıldı.

Ötən il ərzində ölkədə Vladimir Leninin 1320 heykəli demontaj olunub.

Lakin müasir tarixini yenidən dəyərləndirməyə çalışan ölkədə hələ də inqilabçı liderin heykəllərinə rast gəlmək olar.

Bu arada onların bəziləri bir qədər fəqrli görünüş alıb.

BBC Ukrayna Xidməti Leninin doğum günündə onun heykəllərinə nəzər salıb.

Şəklin mənbəyi, UKRINFORM

Şəklin alt yazısı, Odessa şəhərində Leninin heykəli "Ulduz müharibələri" filminin qəhrəmanı Darth Vader-ə bənzəyir.

Şəklin mənbəyi, www.loga.gov.ua

Şəklin alt yazısı, Donbasda hökumət qüvvələrinə məxsus hərbi düşərgələrin ərazisində yerləşən bu heykəl ukraynasayağı bığ "qoyub".
Şəklin alt yazısı, Çerkassı şəhərində: Lenin ovçu geyimində.

Şəklin mənbəyi, UNIAN

Şəklin alt yazısı, Zaporojyedəki Leninin heykəli Ukrayna bayrağı rənglərində örtüyə bürünüb. Bu heykəl hazırda yığışdırılıb.

Şəklin mənbəyi, UNIAN

Şəklin alt yazısı, Bu heykəl qəzaya uğramış Çernobıl AES-i ətrafındakı qadağa zonasında yerləşir.

Ötən il Ukraynanın Milli Yaddaş İnstitutu iri şəhər və qəsəbələrdə Lenin heykəllərinin yığışdırıdığını bəyan etmişdi.