Oscar 2020 şəkillərdə: Qırmızı xalının qlamuru

Namizədlər və qonaqlar məşhur qırmızı xalıda fotoqraflar üçün poza verərək 92-ci Akademiya Mükafatlarında möhtəşəm geyimlərini nümayiş etdiriblər.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Scarlett Johansson, qızılgül döyməsini açıq sərgiləyən gümüşü arxasız donu ilə diqqətləri özünə cəlb edib

Şəklin mənbəyi, Shutterstock

Şəklin alt yazısı, İlin ən yaxşı filmi tanınan "Parazit" lentini yaradan heyət qırmızı xalıya kollektiv şəkildə çıxıb. İlk dəfədir ki, ingilis dilində çəkilməyən əsər Oscar-a layiq görülüb

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Müğənni Billie Eilish, Chanel geyimi ilə özünəməxsus zövq hissini nümayiş etdirib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Sigourney Weaver ictimaiyyət qarşısına boynu açıq, incə büzməli zümrüd rəngli donda çıxıb

Şəklin mənbəyi, Shutterstock

Şəklin alt yazısı, Ötən ilin ən yaxşı aktrisası mükafatını qazanan Olivia Colman mavi rəngli don və uzun məxməri örtüyü ilə seçilirdi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Natalie Portmanın donu Oscar nominasiyalarına təqdim olunmamış qadın rejissorların adları ilə bəzədilmişdi

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ən yaxşı aktrisa adına layiq görülən Renee Zellweger kameralara əl edir

Şəklin mənbəyi, Shutterstock

Şəklin alt yazısı, "Bir zamanlar Hollivudda" filmindəki roluna görə "ən yaxşı ikinci dərəcəli aktyor" tanınan Brad Pitt kameraların qarşısına qara smokinqdə çıxıb

Şəklin mənbəyi, Shutterstock

Şəklin alt yazısı, Ən yaxşı aktrisa nominantı Charlize Theron, qırmızı xalıda qara rəngli uzun donunu nümayiş etdirir

.