Avropada yayın qızmar günləri - şəkillərdə

Şəklin mənbəyi, ZAKARIA ABDELKAFI/Getty

Avropa boyunca isti havalar hökm sürür. Cümə günü Fransanın cənubunda temperatur rekord təşkil edən + 45,9C dərəcəyə çatıb. Bəzi yerlərdə məktəblərdə tədris və iş saatları məhdudlaşdırılıb.

İstilər və quraqlıq, İspaniyanın Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.

Məlumatlara əsasən, tibbi yardıma müraciət edənlərin sayı artmaqdadır.

Meteoroloqlara əsasən, temperatur Afrikadan gələn isti hava axınına görə yüksəlib.

Şəklin mənbəyi, ZAKARIA ABDELKAFI/Getty

Şəklin alt yazısı, Fransanın paytaxtı Parisdə istilərə görə insanlar Eiffel qülləsi yaxınlığındakı fəvvarələrə üz tuturlar

Şəklin mənbəyi, ZAKARIA ABDELKAFI/Getty

Şəklin mənbəyi, MIGUEL MEDINA

Şəklin alt yazısı, Milan şəhərində Günəşin şüalarından çətir altında gizlənən turistləri görmək olar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İsveçrənin Aare çayı boyunca insanların sayı da artmaqdadır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Macarıstan paytaxtı Budapeştdə oğlan suda sərinlənir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İstilərdən əziyyət çəkən yalnız insanlar deyil. Almaniyanın Hanover şəhərində ağ ayı dondurulmuş meyvə kokteylini dişinə çəkir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Fransanın Bordo-Pessak zooparkında yaquar sərin suya dalır

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İstilər və quraqlıq, İspaniyanın şimal şərqindəki Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İspaniyanın La Torre Del Espanyol şəhəri ətrafında baş verən meşə yanğını ən azı 4 min hektar böyüklüyündə əraziyə yayılıb.

Meteoroloqların proqnozuna görə, Avropada istilər gələn həftənin əvvəlinə kimi davam edəcək.

Həmçinin oxuyun: