Hindistan: Az qala 200 kq çəkisi olan pələngi yeni məskənə belə daşıdılar - şəkillər

Hindistanda 195 kq çəkisi olan pələng Madya Pradeş ştatındakı qoruqdan 600 kilometr aralıda yerləşən Orissa ştatındakı Satkosia milli parkına köçürülüb.

İrimiqayslı əməliyyatda ekoloqlar, qoruq işçiləri, baytarlar iştirak edib.

3 yaşlı pələngin daşınmasında fillərdən də istifadə olunub.

Şəklin alt yazısı, MB2 adlı erkək yeni məskənə yola düşən ilk heyvan olub.

Orissa ştatına 5 pələng keçirilməlidir.

MB2 adlı erkək yeni qoruğa yola düşən ilk heyvan olub.

Məqsəd Orissa ştatındakı milli parkda pələng populyasiyasını artırmaqdır.

Şəklin alt yazısı, Daşınmaqdan əvvəl pələngi yatızdırmaq üçün trankvilizatordan istifadə olunmuşdur

Ümid edirik ki, pələng Satkosiada bu heyvanların sayının artırılmasını nəzərdə tutan "iddialı layihəmizin" hədəfinə çatmağa kömək edəcək, qoruğun yaydığı açıqlamada qeyd olunur.

Satkosia qoruğunda erkək pələng yoxdur.

Şəklin alt yazısı, Pələngi maşına aparırlar.
Şəklin alt yazısı, Pələng xüsusi qəfəsdə aparılıb

Pələng yeni yerə çatdırılandan sonra yaşamağa alışmaq üçün bir müddət volyerdə saxlanılacaq.

Şəkillər - Madhya Pradesh ştatının Ekologiya Departamenti tərəfindən təqdim olunub