Beşiktaşa pişik cəzası

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Pişik meydançaya oyunun 49-cu dəqiqəsində çıxıb

Uefa Türkiyənin Beşiktaş komandasına ittiham irəli sürüb. Səbəb, Bayern Munich ilə matç zamanı meydançada gəzişən pişikdir.

İngilis hakim Michael Oliver Vodafone Parkda keçirilən oyunun ikinci yarısında onu dayandırıb.

İttiham "təşkilatçılıqda çatışmazlıq" deyə irəli sürülüb. Türkiyə klubu həmçinin "əşyalar atılmasına və pilləkanlarda tıxaclar yaranmasına"görə ittiham olunur.

Uefa-nın nizam-intizam qurumu ittihamlara mayın 31-də baxacaq.

Bayern 3-1 hesabı ilə qalib gəlib və bu alman klubunun azarkeşləri pişiyi özlərinin qəhrəmanı adlandırıblar.

Şəklin mənbəyi, Bayern Munich