Eurovision: 9 yaddaqalan çıxış şəkillərdə

Kiyevdə keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin finalına bir neçə gün qalmış, gəlin bundan əvvəlki yarışlarda iştirakçıların 9 ən yadda qalan səhnə nümayişinə və geyimlərinə nəzər salaq.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsveçin Abba qrupu 1974-cü ildə keçirilmiş Eurovision Mahnı Müsabiqəsinin qalibi olarkən, kavboy pencəklər və parıltılı kosmik çəkmələr geyinmişdilər.

Şəklin mənbəyi, Rex/Shutterstock

Şəklin alt yazısı, Bundan fərqli olaraq, 1967-ci ildə Vyanada keçirilmiş yarışda isə Britaniya təmsilçisi Sandie Shaw səhnəyə ayaqyalın çıxıb.

Şəklin mənbəyi, Rex/Shutterstock

Şəklin alt yazısı, Britaniya yenidən 1981-ci ildə Bucks Fizz-lə uğur əldə edib. Cheryl Baker, Mike Nolan, Bobby G and Jay Aston (soldan sağa) əsasən rəngarəng geyimlərinə və qızların açıla bilən yubkalarına görə qələbəyə nail olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 1998-ci ildə keçirilmiş yarışda İsrailə qələbə qazandırdıqdan sonra transgender pop ulduzu Dana International qələbə ifasını bu tüklü Jean-Paul Gaultier geyimində ifa edib.

Şəklin mənbəyi, Rex/Shutterstock

Şəklin alt yazısı, 2002-ci ildə Sloveniyalı üçlük olan Sestre, stüardessaları Estoniyanın paytaxtı Tallinə gətirib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2006-cı ildə Afinadakı yarışda Finlandiyanın metal rok qrupu Lordi yarasa qanadları, şeytan buynuzları və kəllə sümükləri ilə bəzədilmiş kostyumda səhnəyə çıxıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Növbəti il isə Finlandiyanın paytaxtı Helsinkidə ukraynalı ifaçı Verka Serduçka bu kostyumlarda ikinci olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Avstriyanın saqqalı ifaçısı Conchita Wurst Danimarka paytaxtı Kopenhagendə Rise Like A Phoenix mahnısı ilə birinci olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Həmin il bir çoxları üçünsə Polşa təmsilçiləri Donatan və Cleo qısa və açıq geyimləri ilə daha cəlbedici olublar.