Koronavirus: Azərbaycan və qonşularında boşalan küçələr

Şəklin mənbəyi, OZAN KOSEA/FP via Getty Images

Şəklin alt yazısı, Tramvay İstanbulun demək olar ki, boşalmış İstiklal prospekti boyunca irəliləyir. Foto martın 17-də çəkilib. Türkiyə məscidlərdə kütləvi dua mərasimlərini dayandırıb, ictimai yerlər, o cümlədən kinoteatrlar bağlıdır.

Şəklin mənbəyi, OZAN KOSE/AFP via Getty Images)

Şəklin alt yazısı, Bosfor boğazı sahilində, Qalata körpüsü üzərində restoranın boş masaları pəncərələrində əks olunur. Foto martın 17-də çəkilib. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, teatrlar, kinoteatrlar, konsert zalları, canlı musiqinin olduğu restoranlar, qəlyan kafeləri, çayxanalar, qəhvəxanalar, gecə klubları, barları müvəqqəti olaraq martın 16-ı gecədən sonra bağlanıb.
Şəklin alt yazısı, Bakının mərkəzindəki Nizami küçəsində hər zaman olduğundan daha az insan nəzərə çarpır.
Şəklin alt yazısı, Fəvvarələr meydanında yerləşən Ajda restoranı müvəqqəti olaraq bağlanması barədə qapısına elan vurub. Bura Bakının mərkəzindəki canlı musiqi məkanlarından biridir.
Şəklin alt yazısı, Bakı - foto martın 18-də çəkilib. Azərbaycanda bu günədək koronavirusa yoluxanların sayı 27-yə çatıb. Onlardan bəziləri sağalıb, rəsmi məlumatlarda deyilir.

Şəklin mənbəyi, Sergei Savostyanov

Şəklin alt yazısı, Moskva məktəblərindən birində təmizlikçilər məktəb otağını dezinfeksiya edir. Moskva hakimiyyəti valideynlərə uşaqlarını məktəbə göndərib-göndərməməkləri barədə qərarı özlərinin verməsinə imkan verib. Martın 18-dək Rusiya 100 koronavirus halının qeydə alındığını bildirib. Onlardan 50-i Moskvadadır.

Şəklin mənbəyi, Anadolu Agency via Getty Images

Şəklin alt yazısı, Moskvadakı Mərkəzi Univermaq bomboşdur - foto martın 17-də çəkilib.

Şəklin mənbəyi, Fatemah Bahrami/Anadolu Agency via Getty Images

Şəklin alt yazısı, Bu şəkil İranın Qum şəhərində martın 17-də çəkilib. Burada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqdadır. İmam Həsən əl-Əskəri məscidi virusun yayılması qorxusu ilə bağlıdır. İranda koronavirusdan ölənlərin sayı 1135 nəfəri keçib. Bu virusa yoluxanların sayı martın 18-ə olan məlumata görə 17361 nəfərdir.

Şəklin mənbəyi, HUSSEIN FALEH/AFP via Getty Images

Şəklin alt yazısı, İranın Bəsrə şəhərində maskalı qadın boşalmış küçədə yeriyir. Foto martın 17-də çəkilib. Bəsrə icra hakimiyyəti şəhərdə komendant saatı elan edib. Ümumilikdə, 18 İraq əyalətində bir neçə günlük komendant saatı elan edilib. İranda martın 18-ə olan məlumata görə, koronavirusdan sağalanların sayı 5389 nəfərdir.

Şəklin mənbəyi, Melik Baghdasaryan\TASS via Getty Images

Şəklin alt yazısı, Yerevanda bağlanmış restoran. Foto martın 14-də çəkilib. Məktəblər, universitetlər, muzeylər, restoran və kafelər bağlıdır. Dünya Səhiyyə Təşkilatı deyir ki, Ermənistan tibb sistemi koronavirus epidemiyasına hazır deyil.

Şəklin mənbəyi, Melik Baghdasaryan

Şəklin alt yazısı, Yerevan küçələri. Foto martın 14-də çəkilib.

Şəklin mənbəyi, Melik Baghdasaryan\TASS via Getty Images

Şəklin alt yazısı, Yerevanda boşalmış küçələr. Foto martın 14-də çəkilib.

Şəklin mənbəyi, Davit Kachkachishvili/Anadolu Agency via Getty Ima

Şəklin alt yazısı, Gürcüstanda küçələrdə maska geyinən insanları çox görmək olar. Foto martın 17-də çəkilib.