Almaniyada zorlama qanunu: “Yox” həqiqətənmi “Yox” deməkdir?

Şəklin mənbəyi, Getty
Almaniya parlamenti aşağı palatasının zorlama ilə bağlı yeni, genişləndirilmiş qanun qəbul edəcəyi gözlənilir. Bu sənədə istinad edənlər qanun layihəsini “Yox elə Yox” deməkdir adlandırırlar.
Tənqidçilərin bildirdiyinə görə, zorlama qanununa görə Almaniya digər inkişaf etmiş ölkələrdən geridə qalır. Bəs yeni qanun bu problemi həll edəcəkmi?
Problem nədən ibarətdir?
Almaniya cinayət məcəlləsinin 177-ci bəndinə əsasən zərərçəkmiş təcavüz aktına görə özünü müdafiə etməlidir.
Sadəcə “yox” demək müttəhimi günahkar bilmək üçün kifayət etmir və razılığın necə izah olunduğu aydın deyil.
Qanunun qeyri adekvatlığı o deməkdir ki, bir çox cinayətkarlar zorlamaya görə məsuliyyətdən yaxa qurtara bilirlər.
2014-cü ildə Almaniya qadın məsləhət mərkəzləri və zorlama böhran mərkəzlərinin araşdırmasına görə 107 belə hal qeydə alınıb.
Müəlliflərin bildirdiyinə görə hər bir halda təcavüz zərərçəkmişin iradəsinə qarşə törədilib və sözlə ifadə edilib.
Lakin bildirilir ki, bu hallarda ya ittiham irəli sürülməyib, ya da məhkəmə hökmü olmayıb.
Araşdırmanın nəticələrinə görə mövcud qanun daha çox diqqəti zərərçəkmişin müqavimət göstərib-göstərmədiyinə yönəldib.
Hazırda Almaniyada yalnız 10 zorlama halından biri haqqında şikayət olunur, Almaniyanın n-tv xəbər saytı bildirir.
Yeni qaydalar nə vəd edir?
Burada zorlamanın olduğunu müəyyənləşdirmək üçün zərərçəkmişin həm fiziki, həm də sözlü eyhamı nəzərə alınacaq, yəni ki, “yox” demək narazılq hesab ediləcək və beləliklə zorlama kimi qəbul olunacaq.
Belə dəyişikliklərə nə vadar edir?
Almaniya zorlama qanunlarına gəldikdə çox geridə qalıb, fəallar bildirir. Onlar ailə təcavüzünün yalnız 1997-ci ildə cinayət hesab olunduğuna işarə edirlər.

Şəklin mənbəyi, EPA
Baş vermiş bir sıra qalmaqallı hadisələr bu məsələni gündəmə gətirib.
Yeni İl ərəfəsi Cologne şəhərində baş vermiş hücumlar dalğası Almaniyanı sarsıtmışdı. Almaniya qanunlarına görə təcavüzün yalnız zərərçəkmişin müqavimət göstərəcəyi halda sübut edilə biləcəyini öyrənəndə, bir çoxları dəhşətə gəlmişdi.
Hücumlar “NeinHeisstNein” (Yox elə Yox demıkdir) həştəqi ilə islahatlar üçün kampaniyaya səbəb olub.
Almaniyalı modeli Gina-Lisa Lohfink-ə narkotik maddə verərək zorlama hadisəsinə görə iki nəfər bəraət alıb.

Şəklin mənbəyi, Getty
Bildirildiyinə görə hadisənin baş verdiyi zaman hazırlanmış videoda modelin “Dayanın, dayanın” və “yox” dediyi eşidilir.
Hadisəyə görə saxlanılmış şəxslərin bəraət alması ilə yanaşı, Lohfink yalan ifadəyə görə 24 min avro cərimələnib. O, ittihamdan appelyasiya şikayəti verib.
Yeni qanun problemi həll edəcəkmi?
Fəalların bildirdiyinə görə yeni qanun yaxşı başlanğıcdır lakin yetərli deyil.
Onlar qanunun narazılığını açıq şəkildə çatdıra bilməyən zərərçəkmişləri müdafiə etmək üçün adekvat olmadığını bildirirlər – məsələn, narkotik verilmiş şəxslər kimi.
Həmçinin cinsi zorakılıq və qrup təcavüzü ilə bağlı qanunun da möhkəmləndirilməsi planlaşdırılır.
Fəal Kristina Lunz bildirib ki, Almaniyada əksər zorlama hallarının cəzasız qalması qəbuledilməzdir.
























