Michael Fallon: Britaniya Ukraynaya qoşun göndərməyəcək

Fallon

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Michael Fallon: Britaniya Ukrayanaya əsgər göndərməyəcək

Britaniya öz əsgəri qüvvələrini Ukraynaya göndərmək niyyətində deyil.

Bunu Britaniyanın Müdafiə üzrə dövlət katibi Michael Fallon parlamentdə çıxışı zamanı bildirib.

Bundan bir gün əvvəl isə Baş nazir David Cameron Britaniyanın mart ayında Ukraynaya hərbi təlimatçılar göndərmək niyyətində olduğunu bildirmişdi.

Baş naziin təbirincə onlar Ukrayna əsgərlərinə təlim keçəcəklər. David Cameron britaniyalı hərbçilərin cəbhə xəttindən uzaq məsafədə yerləşəcəyini və döyüşlərdə iştirak etməyəcəklərini də vurğulamışdı.

Lakin çərşənbə günü parlamentdə deputatların suallarına cavab verərkən Michael Fallon Britaniyanın belə planlarının hələlik olmadığını qeyd edib.