Britaniya sahilində Rusiya hərbi təyyarələri görünüb

Britaniya təyyarəsi

Şəklin mənbəyi, MOD

Şəklin alt yazısı, Britaniya Müdafiə Nazirliyi deyib ki, RAF qırıcı təyyarələri çərşənbə günü səfərbər edilib. (Foto arxivdəndir)

Çərşənbə axşamı Britaniyanın Cornwall yarımadası yaxınlığında Rusiyaya məxsus iki hərbi təyyarə müşahidə edilib.

Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) təyyarələri bu səbəbdən təcili surətdə səfərbər olunub, Müdafiə Nazirliyi deyir.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, RAF iki Rusiya təyyarəsini "Birləşmiş Krallığın maraq zonasından" çıxanadək müşaiyət edib.

Onlar Birləşmiş Krallığın suveren hava məkanına daxil olmayıb, o əlavə edib.

Cornwall yarımadası İngiltərədə yerləşir. Onun şimali sərhədi Kelt Dənizində, cənubi sərhədi isə İngilis Kanalındadır.

Bu arada müdafiə naziri Michael Fallon <link type="page"><caption> xəbərdarlıq edib ki</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/02/150218_michael_fallon_putin_baltics.shtml" platform="highweb"/></link>, Rusiya Baltik dövlətləri üçün "real təhlükədir".