Məhkəmə Oscar Pistoriusa 5 il həbs cəzası kəsib

Pistoriusa

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Paralimpiya çempionu Oscar Pistoriusa sevgilisi Reeva Steenkampı qətlə yetirdiyinə görə 5 illlik həbs cəzası kəsilib

Cənubi Afrika məhkəməsi Paralimpiya çempionu Oscar Pistoriusa sevgilisi Reeva Steenkampı qətlə yetirdiyinə görə 5 il həbs cəzası kəsib.

Məhkəmə qərarını elan edən hakim Thokozile Masipa Pistoriusa ictimai yerdə odlu silah işlətdiyinə görə 3 illik şərti həbs cəzası verildiyini də bildirib.

Oscar Pistorius məhkəmə qərarı oxunduqdan sonra həbsxanaya aparılıb.

İttihamçı tərəf Pistorius üçün azı 10 il həbs cəzası tələb edirdi, müdafiıə edən tərəf isə atletin cəzasını yalnız icbari ictimai iş və ev dustaqlığı ilə məhdudlaşdırmağı xahiş etmişdi.

Pretoriya məhkəməsi atleti bağışlanmaz qətl törətməkdə ittiham etsədə, bunu qərəzlə etməsi barədə ittihamı ləğv edib.

Hakim Masipa hökmü çıxararkən "cinayət, müttəhimin şəxsiyyəti və cəmiyyətin marağları arasında düzgün balansı" təmin etməyə çalışdığını qeyd edib.

O, eləcədə hüquqşqnas müşavirlərin məsləhət verməsinə baxmayaraq son qərarı "özü və yalnız özü" qəbul etdiyini vurğulayıb.