BVF: Rusiya avqust ayında qızıl ehtiyatlarını artırıb

Qızıl

Şəklin mənbəyi, Getty

Avqust ayında mövcud olan ehtiyatlarına 232,5 min unsiya qızıl əlavə edən Rusiya qızıl ehtiyatlarının ümumi həcminə görə dünya boyu 5-ci yerə çıxıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən Rusiyanın qızıl ehtiyatı 35,769 mln unsiya təşkil edir.

Qazaxıstanın qızıl ehtiyatları da artaraq 5,8 mln unsiyaya çatıb.

Qızıl sənayesinin inkişafı üzrə World Gold Council (Dünya Qızıl Şurası) təşkilatının dəyərləndirməsinə görə son altı ayda Rusiyanın qızıl ehtiyatları 54 ton artıb.

Bu 2009-cü ildən bəri ən böyük artım göstəricisidir