NATO sammiti: Rusiya Ukrayna münaqişəsinə görə tənqid olunur

NATO sammiti

Şəklin mənbəyi, Getty

Oxuma vaxtı: 1 dəq

Uelsdə keçirilən NATO sammitinin əvvəlində Qərb liderləri Rusiyanı Ukrayna münaqişəsində "<span >sabitliyi pozan" təsirinə görə tənqid ediblər.

NATO və Böyük Britaniya xəbərdarlıq ediblər ki, Rusiya şərqi Ukraynada mövqeyini dəyişməsə, Rusiyaya qarşı təzyiq artırılacaq.

Sammitdən öncə Ukrayna prezidenti Petro Poroşenko <span >ABŞ və Aİ liderlərini Rusiya prezidenti Vladimir Putinlə olan müzakirələri barədə məlumatlandırıb.

Gözlənilir ki, sammitin sonunda Şərqi Avropanı Rusiya aqressiyasından qorumaq üçün NATO daxilində 48 saat ərzində göndərilə bilən sürətli qarşılıq qüvvəti barədə planlar dəstəklənəcək.

İki günlük NATO seminarında əsasən Ukrayna böhranının müzakirə ediləcəyi gözlənilir, lakin liderlər həmçinin İslam Dövləti qruplaşması və Əfqanıstan barədə danışacaq.

Cənab Poroşenko rusiyalı həmkarı Putinlə telefon danışığından sonra bildirib ki, "sülhə aparacaq addımlarda qarşılıqlı anlaşmaya nail olmaq mümkün olub".

Ukrayna liderinin sözlərinə görə, o, cümə günü Minskdə başlayacaq danışıqlarda Ukrayna böhranının dinc yolla real həllinə ümid edir.

Ukrayna əsgərləri ilə üsyançılar arasında döyüşlər nəticəsində 2600-dən çox adam həlak olub.