Bu həftənin ən yaxşı xəbər şəkilləri

Bu həftə ərzində dünyanın müxtəlif yerlərində çəkilmiş ən diqqət çəkən xəbər fotoları.

Şəklin mənbəyi, Bienvenido Velasco / EPA

Şəklin alt yazısı, Panama şəhəri yaxınlığındakı araşdırma mərkəzinin alimi əlindi iki qızılı qurbağanı saxlayır. Onlar ölümcül xitridiomikota xəstəliyinə düçar olub.

Şəklin mənbəyi, Dylan Martinez / Reuters

Şəklin alt yazısı, Margaret Atwood-un Qulluqçunun hekayəsi əsrinin qəhrəmanı kimi geyinmiş insanlar Londonda onun yeni romanını əldə etmək üçün növbəyə düzülüblər.

Şəklin mənbəyi, Sivaram V / Reuters

Şəklin alt yazısı, Hindistanda ənənəvi məhsul festivalında fillərə nəzarət edən şəxs.

Şəklin mənbəyi, Ryan Pierse/Getty Image

Şəklin alt yazısı, Avstraliyanın kriket komandası İngiltərənin Manchester şəhərində qələbəyə sevinir.

Şəklin mənbəyi, Siphiwe Sibeko / Reuters

Şəklin alt yazısı, Minlərlə insan Zimbabvenin keçmiş prezidenti Robert Mugabe-ni son mənzilə yola salmaq üçün ölkə paytaxtı Hararedəki stadiona toplaşıb.

Şəklin mənbəyi, Shamil Zhumatov / Reuters

Şəklin alt yazısı, Çinin müasir rəqs ansamblı Moskvanın Böyük teatrında Yang Liping-in Bahar ayinləri rəqsini ifa edir.

Şəklin mənbəyi, Bruno Kelly / Reuters

Şəklin alt yazısı, Amazon meşələrindəki yanğın zamanı alışmış ağac.

Şəklin mənbəyi, Danny Lawson / PA

Şəklin alt yazısı, Richard Mann 291.7 kq çəkisi olan balqabağın üzərində oturub. O, İngiltərənin Yorkshire əyalətindəki Payız gül sərgisində nəhəng tərəvəzlər kateqoriyasına görə birinci yeri qazanıb.

Şəklin mənbəyi, Rob Engelaar / EPA

Şəklin alt yazısı, Niderlandda keçirilən breykdans üzrə dünya çepionatında çıxış edən iştirakçı.

Bütün fotoların müəllif hüquqları qorunur.