2019-cü il dünya boyunca necə qarşılanıb?

Yeni ilin gəlişi dünya boyunca müxtəlif şəhərlər qeyd olunub, əsrarəngiz atəşfəşanlıq və işıq tamaşalarını izləyən milyonlarla insan şənliklərə qatılıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, New York şəhərində hər il olduğu kimi Yeni ilin rəmzi gəlişi sayılan "Ball drop" tədbiri alqışlarla qarşılanıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Londonun məşhur London Eye çarxı üzərində 10 dəqiqə ərzində atəşfəşanlıq sərgilənib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Parisin mərkəzindəki Yelisey çöllərindəki şənliklər vaxtı "Sarı gödəkçəlilər"in etiraz aksiyası da baş verib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Berlinin Branderburq qapıları üzərində gecə səması şənlik işıqlarına bürünür

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Moskvanın mərkəzi meydanında Yeni il gecəsi gənc cütlük arasında sevgi anları

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Keniyanın paytaxtı Nayrobidəki konsert vaxtı atəşfəşanlıq gecə səmasını işıqlandırır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hindistanın Əhmədabad şəhərində Yeni il axşamı vizajist saç düzümünə belə bəzək əlavə edir.

Şəklin mənbəyi, AFP/Getty

Şəklin alt yazısı, Yeni il axşamı tamaşalar və atəşfəşanlıq nümayişinə hazırlaşan minlərlə sakin Şimali Koreya paytaxtı Pxenyanın mərkəzinə toplaşmaqdadır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Cənubi Koreyanın dəniz sahildə Yeni il şənlikləri atəşfəşanlıqla qeyd olunur

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Atəşfəşanlıq Dubayda yerləşən dünyanın ən yüksək binası - Burj Khalifa-nı işıqlandırır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Filippinin Keson şəhərində şənliklərə qatılan şəxslərdən birinin üzündə "2019" şəklində eynəklər görmək olar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Tayvanın məşhur 101 göydələni ətrafına toplaşanlar binadan saçan işıq tamaşasını mobil telefonlara çəkirlər

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, 2019-cu il Honq Konqun üfüqlərini işığa boyadı

Şəklin mənbəyi, Lintao Zhang/Getty Images

Şəklin alt yazısı, Pekində Yeni il axşamı təntənəli keçirilir

Şəklin mənbəyi, AFP/Getty

Şəklin alt yazısı, Sinqapurun Marina Bay limanı üzərində möhtəşəm atəşfəşanlıq nümayişi

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Sidneyin məşhur dəniz limanı Harbour Bridge ətrafında 12 dəqiqə ərzində atəşfəşanlıq nümayiş etdirilib

Şəkillər müəllif hüquqq ilə qorunur