Şahzadə Charles: 70 il 70 şəkildə

Wales şahzadəsi Charles-ın 70 yaşı tamam olur. Press Association fotoarxivində şahzadənin ömrünün hər ili şəkillərdə əks olunub.

1948

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Charles Philip Arthur George 1948-ci il noyabrın 14-də anasının tacqoyma mərasiminə 5 il qalmış doğulub.

1949

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles atası Edinburgh hersoğu və anası şahzadə Elizabeth ilə birlikdə.

1950

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, İki yaşlı şahzadə Charles və anası ilə Clarence House önündə keçirilən mərasimi izləyirlər.

1951

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kral George VI nəvəsi şahzadə Charles ilə Buckingham sarayında.

1952

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles 4 yaşı qeyd olunan gün, artıq o dövrdə kraliça olmuş anası II Elizabeth ilə.

1953

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles-in 5 yaşı tamam olub.

1954

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Anne və şahzadə Charles nənələri kraliça Elizabeth, ana-kraliça ilə birlikdə.

1955

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles 7 yaşı tamam olan gün

1956

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles atası Edinburgh hersoqu atlı polo oynadığı Böyük Windsor parkında.

1957

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles atası Edinburgh hersoqu ilə motorlu qayıqda - Medina çayı, Vayt adası.

1958

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles Berkshire-də Cheam məktəbinə getdiyi zaman. O, 8 yaşınadək məktəb təhsilini evdə alıb.

1959

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Windsor qəsrində çəkilmiş ailəvi şəkil: Kraliça II Elizabeth və Edinburgh hersoqu uşaqları şahzadə Charles və şahzadə Anne ilə. Fotonun aşağı hissəsində kraliçanın Sugar adlı itlərindən biri də görünür.

1960

Şəklin alt yazısı, Şahzadə Charles və şahzadə Anne körpə qardaşları şahzadə Andrew ilə Balmoral-da gəzintiyə çıxdıqları zaman.

1961

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles anası kraliça II Elizabeth ilə Windsor qəsri ərazisində at gəzintisi zamanı.

1962

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles atası Edinburgh hersoqu ilə Gordonstoun adlı yeni məktəbinə gəldiyi gün. Fotonun sağ hissəsində Gordonstoun məktəbinin rəhbəri kapitan Iain Tennant görünür.

1963

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles anası kraliça Elizabeth II və atası Edinburgh ilə maşında Westminster Abbatlığına şahzadə Alexandra və Angus Ogilvy-nin toyuna yollanırıar.

1964

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles sətəlcəm xəstəliyindən sağalandan sonra Böyük Windsor parkında.

1965

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles Gordonstoun məktəbində Shakespeare-in əsasında səhnələdirilmiş pyesdə Macbeth rolunu ifa edir.

1966

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles-ın 18 yaşı tamam olan gün.

1967

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles Cambridge universitetində arxeologiya və antropologiya elmlərini öyrənib. Bu şəkildə şahzadə Charles Cambridge universitetin Neville Court binası qarşısında universitetin baş növbətçisi Bill Edwards ilə birlikdə çəkilib.

1968

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles kriket oyununda iştirak etdiyi zaman - Ashford, Kent.

1969

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliça II Elizabeth oğlu Charles-a rəsmi olaraq Wales Şahzadəsi adı verir - rəsmi mərasim Caernarfon qəsrində keçirilir.

1970

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles Cambridge Universitində səhnələşdirilən pyesdə rollardan birini ifa etmək üçün məşq edir.

1971

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles Aston Martin DB6 şəxsi avtomobilinin sükanı arxasında - Fleet Street küçəsi, London.

1972

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliçanın ailəsi: Wales şahzadəsi, şahzadə Edward, kraliça Elizabeth II, Edinburgh hersoqu, şahzadə Andrew və şahzadə Anne - Buckingham Sarayı, London.

1973

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1973-cü ildə şahzadə Charles kiçik leytenant rütbəsində Kral Donanmasında xidmət edib. Bu şəkildə o, Minerva freqatında xidmət çəkdiyi zaman çəkilib.

1974

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Dəniz Qüvvələri leytenantı şahzadə Charles instruktor kapitan-leytenant Alan MacGregor ilə birlikdə Wessex V helikopterində uçuşa hazırlaşır.

1975

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Arktika buzları altında dalğıclıqla məşğul olur - Resolute körfəzi, Kanada.

1976

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles saqqal saxladığı zaman - bu şəkil Badminton-da Atçılıq yarışlarında çəkilib.

1977

Şəklin alt yazısı, Şahzadə Charles Britaniyanın məşhur komediya ifaçıları dueti Eric Morecambe (solda) və Emie Wise-ın (sağda) əhatəsində.

1978

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles bir ara vindersinqlə məşğul olmağa maraq göstərib.

1979

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1979-cu ildə şahzadə Charles müharibədən əvvəlki dövrə aid biplanda uçuş yerinə yetirib.

1980

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles atçılıq üzrə həvəskarlar arasınıda keçirilmiş yarışdan sonra - Ludlow, İngiltərə.

1981

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Təzəbəy və gəlin: Şahzadə Charles və Diana, Wales şahzadəsi St Paul kilsəsində keçirilmiş nikah mərasimindən sonra Buckingham Sarayına yollanırlar.

1982

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1982-ci ildə şahzadə Charles-ın ilk övladı, şahzadə William doğulub.

1983

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles və şahzadə Diana Kanadada səfərdə olduqları zamanı çəkilmiş şəkil.

1984

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles oğlu şahzadə William ilə evlərinin həyətində oynadığı zaman - Kensington Sarayı, London

1985

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles gənlər üçün təşkil edilmiş diskotekada breykdans rəqsinin hərəkətlərini yerinə yetirməyə çalışır - Sussex, Middleton-on-Sea.

1986

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles polo yarışından sonra arvadı şahzadə Dianadan mükafat alır və hər ikisi öpüşürlər.

1987

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles Britaniyanın ən hündür Ben Nevis dağının ətəyində kəındir körpüdən keçir.

1988

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles 40 yaşı tamam olan gün bu şəkli Kral Donanmasının kapitanı geyimində çəkdirib.

1989

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Ailəvi foto: şahzadə Charles, Şahzadə Harry, şahzadə William və şahzadə Diana.

1990

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles (solda) Səudiyyə Ərəbistanına səfəri zamanı Challenger tankının xüsusiyyətlərini ekipajın üzvü qismində müşahidə edə bilib.

1991

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles özünün rəhbərlik etdiyi xeyriyyə təşkilatı xəttilə 1991-cu ildə Norfolk-da bir qrup işsiz gənclərlə görüşüb.

1992

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles və şahzadə Diana Koreya müharibəsində vuruşmuş Gloucester alayının şərəfinə ucaldılmış abidəni ziyarət edirlər. 1992-ci ildə Charles və Diana ayrılıblar, onların boşanması 1996-cı ilin iyulunda rəsmiləşdirilib.

1993

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles və onun anası Elizabeth II kraliçanın tacqoyma mərasiminin 40-cı ildönümü ilə bağlı Epsom-da keçirilən at yarışını izləyirlər - hər ikisi fikirli görünür.

1994

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles britaniyalı paraşütçülərin havadan yerə enməsini izləyir - Ginkel Heath, Hollandiya

1995

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles və uşaqları şahzadə Harry və şahzadə William qışda kirşə sürdükləri zaman.

1996

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles əlində ənənəvi irland çomağı ilə daşdan qurulmuş kürsüdə istirahət etdiyi zaman - Co Antrim, Şimali İrlandiya.

1997

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Edinburgh hersoqu, şahzadə William, qraf Spencer, şahzadə Harry və şahzadə Charles, Wales şahzadəsi Dianın dəfn mərasimində iştirak etdikləri anlar. Şahzadə Diana 1997-ci ildə parisdə avtomobil qəzasında ölüb. Şahzadə Charles keçmiş arvadı üçün kral ailəsi üzvünə layiq olan səviyyədə dəfn mərasiminin təşkil olunmasında təkid edib.

1998

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles-in 1998-ci ildə 50 yaşı tamam olub. Şahzadə Charles anası, kraliça Elizabeth II ilə Buckingham sarayında təşkil edilmiş rəsmi qəbul zamanı.

1999

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles ictimaiyyət qarşısında ilkl dəfə olaraq Camilla Parker Bowles ilə birgə görünüb. Bir müddətdən sonra Camilla onun arvadı olacaq.

2000

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Karib adalarına səfəri zamanı şahzadə Charles yerli icmanın ənənəvi papağını başına taxaraq yerli camaatla birgə məzə qurub - Kingston, Yamayka.

2001

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles nənəsi kraliça Elizabeth, ana-kraliça ilə zarafatlı söhbəti paylaşan zaman.

2002

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles vəfat etmiş nənəsi, ana-kraliçanın dəfn mərasimində iştirak edir - Westminster sarayı, London.

2003

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Britaniya kral ailəsinin üç nəsil nümayəndələri - kraliça II Elizabeth və onun əri, Edinburgh hersoqu, onların böyük oğlu Wales şahzadəsi və onun böyük oğlu şahzadə William - şəkil Londonda, Clarence House-da kraliçanın tacqoyma mərasiminin 50-ci ildönümündə çəkilib.

2004

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles və onun böyük oğlu şahzadə William - Klosters, İsveçrə.

2005

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 2005-ci ildə Wales şahzadəsi Camilla Parker Bowles ilə evlənir. Camilla Parker Bowles-ə Cornwall hersoqinyası adı verilir.

2006

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Wales şahzadəsi Cornwall hersoqinyası və oğulları şahzadə William və şahzadə Harry ilə Kral Hərbi Akademiyasında paraddan sonra.

2007

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 2007-ci ildə kraliça Elizabeth II və Edinburgh hersoqu toylarının brilliant ildönümünü qeyd edərkən övladları ilə şəkil çəkdiriblər. Şəkildə soldan sağa: öndə - Wales şahzadəsi, kraliça Elizabeth II və Edinburgh hersoqu, arxa planda - şahzadə Andrew, şahzadə Anna və şahzadə Edward.

2008

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles arvadı ilə Şotlandiyada istirahət etdikləri zaman.

2009

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Wales şahzadəsi və Cornwall hersoqinyası Şimali Seymour adasında - Qalapaqos adaları, Sakit Okean.

2010

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Wales şahzadəsi Britaniya ordusunun hərbi helikopterində Əfqanıstana səfəri zamanı - Ləşkərgah, Əfqanıstan.

2011

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 2011-ci ildə şahzadə Charles-in böyük oğlu şahzadə William Kate Middleton-la evlənir. Şahzadə Çharles və Cornwall hersoqinyası və Charles-in valideyinləri - kraliça Elizabeth II və Edinburgh hersoqu Westminster abbatlığında nikah mərasiminin başlanmasını gözləyirlər.

2012

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Artıq Cambridge hersoqu adı almış şahzadə William atası şahzadə Charles-ə tabeçiliyində olan hərbi helikopteri nümayiş etdirir - İngiltərənin Valley hərbi bazası, Anglesey adası, Wales.

2013

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Wales şahzadəsi və Cornwall hersoqinyası maska taxaraq məzələnirlər. Bu səhnə Asiya fillərinin xilas olunmasına həsr olunmuş xeyriyyəçilik tədbirində çəkilib.

2014

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Charles veteranlarla II Dünya Müharibəsi dövründə ikinci cəbhənin açılmasının (D-Day) 70-ci ildönümü münasibətilə müharibə veteranları ilə görüşür.

2015

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Cornwall hersoqinyası, Wales şahzadəsi, şahzadə George, Cambridge hersoqu və hersoqinyası və kraliça Elizabeth II Buckingham sarayının eyvanında Atlı Qvardiyanın paradını izləyən zaman.

2016

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliça Elizabeth II, Edinburgh hersoqu və Wales şahzadəsi Dorchester şəhərinin Poundbury rayonunda yeni mikrorayonun açılışında iştirak edirlər.

2017

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şotlandiyada Rothesay hersoqu kimi də tanınan Wales şahzadəsi Edinburgh qəsrində Edinburq hərbi orkestr paradını hərbi salamlama jestilə qarşılayır.

2018

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Sayca 71-ci olan bu foto bizi indiki günlərə qaytarır. Wales şahzadəsi Meghan Markle-ı St George's kilsəsində onun nikah mərasimində müşayiət edir - Meghan Markle şahzadə Charles-in oğlu şahzadə Harry ilə evlənir.

Şəklin mənbəyi, Chris Jackson/Clarence House/PA

Şəklin alt yazısı, Daha bir şəkil ilsə şahzadə Charlesi-ın ad günündə çəkilib. Bu şəkildə Şahzadə Charles arvadı, oğulları və onların arvadları və nəvələrilə çəkilib. Şahzadə Chrarles-ın nəvələri (soldan sağa): şahzadə Louis, şahzadə George, şahzadə Charlotte.

Bütün fotolar Press Association fotoarxivindəndir.