Fotolarda: Melania Trump-ın ilk Afrika turu

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Melania Trump Keniyada fil mühafizə düşərgəsində fil balasına süd verib. Ona bir fil balası hədiyyə də ediblər.

ABŞ-ın Birinci xanımı Melania Trump uşaqların rifahını təmin etmək təşəbbüsü ilə təkbaşına ilk dəfə çıxdığı xarici səyahətində Qana, Malavi, Keniya və Misirə səfər edir.

Prezident Donald Trump prezident vəzifəsini 2017-ci ilin yanvarından tutandan bəri Afrikaya baş çəkməyib.

Fevral ayında onun bəzi Afrika dövlətlərinin ünvanına təhqirli söz işlətməsi gərginliyə səbəb olmuşdu.

Xanım Trump-ın bir həftəyədək çəkən səfəri yaranmış gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, ABŞ Birinci Xanımının Keniyada safari turuna çıxarkən müstəmləkəçilik dövrünə aid dəbilqələrə bənzəyən papaq taxması tənqidlərə səbəb olub.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Onun səfəri Akkrada çərşənbə axşamı başlayıb, Orada o, Qananın Birinci xanımı görüşüb və onun tibbi klinikasına baş çəkib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qana paytaxtı Akkrada bu qadınlar Melania Trump-ın avtomobil kortejindən, deyəsən elə də razı qalmayıblar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Növbəti gün Melania Trump tarixi "Qul düşərgəsinə" baş çəkib. Keçmişdə Afrikadan olan qullar Amerikaya məhz bu düşərgədən göndəriliblər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cape Coast Qalası Atlantika qul ticarəti marşrutunun tarixən əsas məntəqəsi olub. "Keçmişdə baş verənlər əsl faciədir", - Melania Trump deyib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Melania Trump səfəri çərçivəsində uşaqlara aid məsələləri müzakirə edib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Melania Trump-ın Afrikanın dörd ölkəsinə səfəri bir həftədən çox çəkməyəcək.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Malavinin Birinci xanımı Gertrude Maseko cümə axşamı ABŞ-lı həmkarını qarşılayıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Xanım Trump Malavi paytaxtı Lilongwe şəhərində məktəblilərlə görüşüb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, ABŞ Birinci xanımı Malavidəki məktəblərdən birində keçirilən dərsi qonaq kimi izləyib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Misirdə Melania Trump Qahirə yaxınlığında yerləşən Cizə ehramına baş çəkib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Melania Trump Sfinks qarşısında da şəkil çəkdirib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Melania Trump Qahirədə misirli həmkarı, Birinci xanım İntizar Əmir əs-Sisi ilə görüşüb.

Fotolar: AFP və Reuters