Opera ifaçısı Montserrat Caballé 85 yaşında vəfat edib

Şəklin mənbəyi, Reuters
İspan opera ifaçısı Montserrat Caballé-nin Freddie Mercury ilə dueti 1992-ci il Barselona Olimpiyadasının əsas mahnısına çevrilmişdi.
Səhhətində problemlərlə üzləşmiş ifaçı, keçən ay Barselonada xəstəxanaya yerləşdirilib, Efe xəbər agentliyi məlumat verir.
O, 50 il peşəkar ifaçılıqla məşğul olub.
İfaçı 1965-ci ildə New York-un Carnegie konsert sarayında beynəlxalq miqyaslı nailiyyətə imza atıb. Bundan əvvəlsə o, Bazel və Bremen operaları ilə əməkdaşlıq edib.
Caballé bundan əvvəl də səhhətində problemlərlə üzləşib. 1985-ci ildə o, beyin xərçəngi diaqnozu ilə üç ay xəstəxanada keçirib. 1993-cü ildə isə ürəyindəki problemlərə görə müalicə alıb.
Montserrat Caballé-nin 2013-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri rəsmi Bakının narazılığıa səbəb olmuşdu.
Həmin səfəri zamanı o, tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla görüşüb.




















