Şahzadə George və şahzadə Charlotte-nin Avropaya ilk səfəri

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Şahzadə Charlotte və şahzadə George ilk dəfə olaraq valideynlərini Avropa ölkələrinə səfərdə müşayiət edirlər

Cambridge hersoqu və hersoqinyası uşaqları ilə birgə - şahzadə George və şahzadə Charlotte ilə Varşavaya gəliblər. Onların bu şəhərdən Polşa və Almaniyaya 5 günlük rəsmi səfəri başlayır.

Üç yaşlı şahzadə George və iki yaşlı şahzadə Charlotte artıq valideynlərini Kanadaya səfər zamanı müşayiət ediblər. Lakin bu səfər onların Avropaya ilk rəsmi səfəridir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Şahzadə Chalotte-yə təyyarədən düşməyə anası kömək edib

Şəklin mənbəyi, PA

Şəklin mənbəyi, EPA

"Hersoq ve hersoqinya bu səfəri çox gözləyirdilər və səfər proqramının gözəlliyindən və müxtəlifliyindən məmnundurlar", -deyə Kensington iqamətgahının mətbuat katibi bildirib.

William və onun xanımı Kate-i uşaqları ilə birgə Varşavanın hava limanında Böyük Britaniyanın Polşadakı səfiri Jonathan Nott və onun xanımı, həmçinin Polşanın Birləşmiş Krallıqdakı səfiri Arkady Zhigotsky qarşılayıb.

Şəklin mənbəyi, PA

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Kate və William-ı hava limanında Böyük Britaniyanın Polşadakı səfiri xanımı ilə birgə qarşılayıb

Peter Hunt - BBC-nin müxbiri

Şahzadə George və şahzadə Charlotte üçün bu səfər yeni olsa da, gələcəkdə onlar belə səfərlərə alışmış olacaqlar.

Hersoq və hersoqinyanın Polşa və Almaniyaya səfəri "Brexit" kontekstində nəzərdən keçirilməsi qaçılmazdır. Bu səfər Böyük Britaniyanın Avropa Şurasını tərk etməsiylə bağlı danışıqlara heç cürə təsir göstərə bilməyəcək. Lakin, Xarici İşlər Nazirliyi bu səfərin ölkələr arasında sıx əlaqələri xatırladaraq "brexit"-dən sonra da bu əlaqələrin qorunub saxlanacağına ümid edir.

Kral ailəsi üzvləri üzərlərinə düşən bu missiyanı müxtəlif Avropa ölkələrini ziyarət etməklə yerinə yetirirlər.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hava limanından prezident iqamətgahına rəsmi səhər yeməyinə yola düşən Cambridge hersoq və hersoqinyasını Ahdrzej Duda qarşılayıb (sağda)

Polşaya səfər zamanı Cambridge hersoqu və hersoqinyasının ölkə prezidenti Andrzej Duda ilə görüşü nəzərdə tutulub. Onlar həmçinin Polşanın faşistlərin işğalından azad edilməsi hərəkatına həsr olunmuş Varşava Üsyanı Muzeyini də ziyarət edəcəklər.

Səfər proqramı çərçivəsində William və Kate-in holokost və nasist repressiyalarının sağ qalan qurbanları ilə görüşü də planlaşdırılıb. Onlar 65 min insanın əzab çəkdiyi və həlak olduğu Stuttof keçmiş nasist konsentrasiya düşərgəsini də ziyarət edəcəklər.

Şəklin mənbəyi, PA

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Polşa prezidenti Andrzej Duda və xanımı Agata Kornhauser Duda Kate və William-ı Varşavadakı prezident iqamətgahında qarşılayıblar

.