Trump: "Prezidentlikdən öncəki həyatım üçün darıxıram"
Şəklin mənbəyi, Getty Images
ABŞ prezidenti Donald Trump prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.
Ağ Evdə Reuters agentliyinə müsahibə verən cənab Trump keçmiş həyatını "o qədər şey baş verdiyi" üçün "sevdiyini" deyib.
"Bu, keçmiş həyatımda gördüyümdən çox işdir", o, deyib. "Mən düşündüm ki, bundan asan olacaq",
Cənab Trump-ın prezident olması barədə sözləri sosial şəbəkələrdə lağa qoyulub.
Artıq cənab Trump 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.
"Mən əvvəlki həyatım üçün darıxıram", o deyib.
"Mən Trump-ın nələr hiss etdiyini başa düşürəm", bir nəfər tvitləyib: "Mən də onun prezident seçilməsindən əvvəlki həyatımı sevirdim."
Şəklin mənbəyi, Twitter/@brianklaas
Şəklin mənbəyi, Twitter/@ThornfieldHall
Şəklin mənbəyi, Twitter/@dcfoster_
Şəklin mənbəyi, Twitter/@hitmeister1
Şəklin mənbəyi, Twitter/@HeidiLiFeldman
Şəklin mənbəyi, Reuters
Digərləri keçmiş realiti televiziya şou-verilişinin aparıcısı olan prezidentin nümayiş etdiyi dürüstlüyünü alqışlayıb.
Şəklin mənbəyi, Twitter/@PhillipBurdine
Şəklin mənbəyi, Twitter/@vijayindrtanaya
Lakin bəziləri reaksiyalarında prezidentin həyatını daha da çətinləşdirərək bir gün maraqların toqquşmasına görə Congress tərəfindən impiçment ediləcəyi barədə yazıblar.
Şəklin mənbəyi, Twitter/@davepell