Rio 2016: Azərbaycan idmançıları Braziliyaya yoldadır

Şəklin mənbəyi, Milli Olimpiya Komitesi Facebook
Azərbaycanın Olimpiya Yığma Komandası Rio 2016 Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunur.
İdmançılar bu gecə oyunlarda iştirak etmək üçün Braziliyaya yola düşüb, Milli Olimpiya Komitəsinin Facebook səhifəsində bildirilib.
Bu il Azərbaycan əvvəlki illərlə müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunur. Onlardan 36-sı yarışlarda iştirak edəcək. Həmçinin ilk dəfə olaraq triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində iştirak üçün idmançı göndərilir.
Həmçinin idmançılara içərisində “Zika” virusuna qarşı sprey, kremlər və digər tibbi ləvazimatlar olan çantalar verilib, APA məlumat verir.
Boks
Rüfət Hüseynov (49 kq)
Elvin Məmişzadə (52 kq)
Cavid Çələbiyev (56 kq)
Albert Səlimov (60 kq)
Lorenzo Sotomoyor (64 kq)
Pərviz Bağırov (69 kq)
Kamran Şahsuvarlı (75 kq)
Teymur Məmmədov (81 kq)
Abdulqadir Abdulayev (91 kq)
Məhəmmədrəsul Məcidov (+91 kq)
Yana Alekseyevna (60 kq)
Taekvondo
Patimat Abakarova (49 kq)
Fəridə Əzizova (67 kq)
Milad Beigi Harçeqani (80 kq)
Radik İsayev (+80 kq)
İdman gimnastika
Oleq Stepko
Petro Paxnyuk
Bədii gimnastika
Marina Durunda
Cüdo
Orxan Səfərov (60 kq)
Nicat Şıxəlizadə (66 kq)
Rüstəm Orucov (73 kq)
Məmmədəli Mehdiyev (90 kq)
Elmar Qasımov (100 kq)
Uşanqi Kokauri (+100 kq)
Kaneo və kayak
İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m)
Valentin Demyanenko (kanoe, 200 m)
Yuri Meqliç (kanoe-slalom)
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m)
Atletika
Nazim Babayev (üçtəkanla tullanma)
Hayle İbrahimov (5000 m)
Anna Skidan (çəkicatma)
Evans Kiplaqat (marafon)
Triatlon
Rostislav Pevtsov
Kamandan oxatma
Olqa Senyuk
Güllə atıcılığı
Ruslan Lunyov (10 m və 25 m)
Üzgüçülük
Fatimə Əlkərəmova (sərbəst, 100 m)
Boris Kirillov (arxası üstə, 200 m )
Qılıncoynatma
Səbinə Mikina (sablya)
Sərbəst güləş
Hacı Əliyev (57 kq)
Toğrul Əsgərov (65 kq)
Cəbrayıl Həsənov (74 kq)
Şərif Şərifov (86 kq)
Xetaq Qazyumov (97 kq)
Camaləddin Məhəmmədov (125 kq)
Mariya Stadnik (48 kq)
Natalya Sinişin (53 kq)
Yuliya Ratkeviç (58 kq)
Yunan-Roma güləşi
Rövşən Bayramov (59 kq)
Rəsul Çunayev (66 kq)
Elvin Mürsəliyev (75 kq)
Saman Təhmasibi (85 kq)
Sabah Şəriəti (130 kq)
Velosiped idmanı
Olqa İsmayılova (şosse)
Maksim Averin (şosse)
Yelena Pavluxina (sprint və keyrin)























