Cənubi Qafqazda qadınların sosial azadlıqları varmı?

Şəklin mənbəyi, Getty

Siz Cənubi Qafqazda yaşayan qadınsınız? Parti və axşam konsertlərinə getmək üçün nə qədər sərbəstsiniz?

BBC regiondakı qadınların sosial həyatları barədə öyrənmək istəyir.

Azərbaycanda, Ermənistanda və Gürcüstanda gecə getməyə çoxlu maraqlı və zəngin barlar, gecə klubları və musiqi salonları olsa da, hər bir qadın bu azadlıqlardan istifadə edə bilmir. Bəziləri deyir ki, axşam saat 9-dan sonra bayırda çox sayda qadın gözə dəymir.

Biz sizin hekayələrinizi eşitmək istəyirik.

Partilərə gedən qadınlar haqqında nə düşünürsünüz? Siz özünüz parti və axşam konsertlərinə getmək üçün sərbəstsinizmi? Yoxsa, sizcə qadınlar gecə bayıra çıxmamalıdır?

Nə düşündüyünüzdən asılı olmayaraq, biz fikirlərinizi bilmək istəyirik. Həmçinin axşam vaxtı necə əyləndiyinizi göstərən foto və ya videoları göndərə bilərsiniz.

Lütfən, şərh, foto və ya videonuzu 4 noyabra qədər göndərin. Məqalə BBC News saytında çap olunacaq.

Şərhlərinizi <link type="page"><caption> haveyoursay@bbc.co.uk</caption><url href="mailto:haveyoursay@bbc.co.uk?subject= South Caucasus women 29621108" platform="highweb"/></link> ünvanına, şəkil və videolarınızı isə <link type="page"><caption> yourpics@bbc.co.uk</caption><url href="mailto:yourpics@bbc.co.uk?subject= South Caucasus women 29621108" platform="highweb"/></link> və ya <bold>+44 7624 800 100</bold> telefon nömrəsinə göndərin.

Lütfən, yalnız özünüz çəkdiyiniz və istifadə edə biləcəyimiz fotoları bizə göndərin. Fotolar və şərhlər tərcümə edilərək BBC News saytında, həmçinin BBC dil xidmətlərinin saytlarında istifadə olunacaq.