Şəhərətrafı və qəsəbələrarası marşrutlarda gedişhaqqı necə hesablanacaq?

Şəklin mənbəyi, DÖVLƏT AVTOMOBİL NƏQLİYYATI XİDMƏTİ
Şəhərdaxili, şəhərətrafı, qəsəbələrarası və qəsəbədaxili müntəzəm marşrutlar üzrə yeni tariflər elan olunub.
Bakı Nəqliyyat Agentliyinin paylaşdığı məlumatda marşrut xətlərində gedişhaqqı məsafədən asılı olaraq 0.30-0.90 azn arasında dəyişir.
Qurum bildirib ki, 28 May metrostansiyasından hava limanına gedən ekspress marşrutun tarifində dəyişiklik edilməyib.
Tarif Şurası bazar ertəsi axşamı ictimai nəqliyyatda gediş haqqının azı 50 faiz qaldırıldığını açıqlayıb.
Şura bildirib ki, belə qərar vermək üçün onlara Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər müraciətlər edib.

Şəklin mənbəyi, Bakı Nəqliyyat Agentliyi
Həmçinin bax:


























