Paşinyan konsert verdi

Paşinyan konsert verdi

Ermənistan Baş naziri Nikol Paşinyan yaratdığı musiqi qrupu ilə Yerevanda diskoteka təşkil edib.

Musiqi qrupu "Varçabend" adlanır. Sözün birinci hissəsi - "varçapet" – ermənicə "baş nazir" deməkdir, ikinci hissəsi - "band" – ingilis dilində musiqiçilər qrupu.

"Hamını rəqs meydanına dəvət edirəm. Biz çalırıq – siz rəqs edirsiniz", - Paşinyan sosial media hesabında yazıb.

Musiqi qrupu Paşinyanın şerinə yazılmış "Real Ermənistan" mahnısını da ifa edib.

Paşinyan zərb alətlərində çalmağı təzə öyrənib, onun premyerası Yerevan restoranlarından birində baş tutub.