Azərbaycanda yağ, kartof niyə bahalaşıb?
Azərbaycanda yağ, kartof niyə bahalaşıb?
Azərbaycanda əvvəllər 1 manata satılan doğranmış "baton" çörəklərinin qiyməti 1 manat 10 qəpiyə yüksəlib.
Yağ məhsullarında qiymət artımı daha əvvəl – 2025-ci ilin sonundan başlayıb və 2026-cı ildə də davam edib.
Kərə yağının orta qiyməti 21 manat 69 qəpikdən 23 manat 31 qəopiyə qalxıb.
Bitki yağlarında da artım var: məsələn, günəbaxan yağı 4 manat 53 qəpikdən 4 manat 96 qəpiyə yüksəlib.
Fevralda orta hesabla 1 manat olan kartof martın əvvəlində 1manat 20 qəpiyə sonra isə bəzi marketlərdə 1 manat 50 qəpiyə yüksəlib.
Bu ərzaqların bahalaşmasındakı rəqəmlər son üç ayda qeydə alınıb.



