Paşinyandan "Zəngəzur dəhlizi" ilə bağlı təklif var

Nikol Paşinyan

Şəklin mənbəyi, primeminister.am

Oxuma vaxtı: 1 dəq

"Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil, lakin Ermənistanın yurisdiksiyası çərçivəsində".

Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.

Bundan bir neçə gün qabaq Azərbaycan Prezidenti İlham Əliyev deyib  ki, Naxçıvana yol maneəsiz olmalıdır.