Sberbanka məxsus DenizBank Aİ sanksiyalarının əsassız olduğunu sübut etmək istəyir

Sberbank

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Sberbank Denizbank nəzarəti altında fəaliyyət göstərir

Rusiyanın Sberbankına məxsus Türkiyənin Denizbankı Avropa İttifaqı (Aİ) tərəfindən banka qarşı sanksiyaların nahaq yerə yeridildiyi qənaətindədir.

Rusiyanın TASS agentliyinin verdiyi xəbərə görə, Denizbank Aİ-dən sanksiyaların aradan qaldırılmasını tələb edəcəyini bildirib.

İyul ayında Aİ tərəfindən bir sıra Rusiya şirkətlərinə qarşı uzun və orta müddətli maliyyələşdirməni qadağan edən məhdudiyyətlər yeridilib.

Sanksiyalar, o cümlədən, Sberbank və bu maliyyə qurumunun nəzarətində olan qrupları əhatə edib.

Bundan sonra, sentyabrın 12-də ABŞ da DenizBanka qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Lakin Türkiyə bankı ABŞ rəsmilərinə müraciət edərək məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib.

ABŞ administrasiyasına göndərdiyi müraciətində Türkiyə bankı Aİ sanksiyalarının Sberbankın xarici filiallarına şamil edilməməli oluğunu vurğulayıb.

ABŞ Türkiyə tərəfinin göstərdiyi dəlilləri əsaslı sayaraq DenizBanka ABŞ maliyyə təşkilatları və şirkətlərilə əməliyyatlar aparmağa icazə verib.

İndi isə DenizBank eyni məntiq və dəlillərdən istifadə edərək Aİ sansksiyalarının təsiri altından da çıxa biləcəyinə ümid edir.