Rusiya: qiymət fırıldaqçılığında şübhəli bilinən iri neft şirkətləri yoxlanılır

 Rosneft

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Dövlətin nəzarətində olan Rosneft şirkəti Sibirdə irimiqyaslı layihələr üzərində işləyir

Rusiya dövlət müfəttişləri Rusiya bazarında neftin süni olaraq baha satılmasına çalışmaqda şübhəli bilinən ölkənin aparıcı neft şirkətlərində yoxlamalar başlanılıb.

Rusiya Federal Anti-inhisar Xidməti (FAS) Başneft və Lukoyl özəl şirkətlərilə yanaşı Rosneft dövlət şirkətində də yoxlamaların başladığını bildirib.

FAS tərəfindən yayılmış bəyanatda adı çəkilmiş neft şirkətlətinin bir sıra sövdələşmələrinin şübhəli sayıldığı qeyd olunub.

Dünyada neftin ucuzlaşması iqtisadiyyatı karbohidrogenlərin ixracına köklənən Rusiyanın büdcə gəlirlərinin həcminə mənfi təsir göstərib.

Rusiya dünyanın ən böyük neft və qaz ixracatçılarından sayılır.

Ukrayna böhranında roluna görə Qərbin sanksiayalarına məruz qalan Rusiyanın məhz neft-qaz sənayesi sanksiyalardan daha çox zərər çəkib.

ABŞ sanksiyalarına məruz qaldığını səbəb gətirərək Rosneft şirkəti bu ilin avqust ayında Rusiya hökümətindən 42 milyard dollar həcmində kredit verilməsini istəmişdi.

Rubl ucuzlaşır

Bu arada Rusiya valyutası rubl yeni ucuzlaşma rekordları vurmaqdadır - Mərkəzi Bank valyuta bazarına yalnız məhdud həcmdə intervensiya edəcəyini açıqlayandan sonra dollar/rubl nisbəti 45,3-ə çatıb.

Bu ilin əvvəlindən dollara nisbətdə rubl 25 faiz ucuzlaşıb.

FAS vebsaytında dərc olunmuş məlumatda Rusiya neft bazarında "şübhə doğuran əməliyyatların" baş verdiyi qeyd olunub.

FAS bildirib ki, Rusiyada avtomobil benzini ucuzlaşmağa başlasada, "bu ucuzlaşmanın kifayət dərəcədə böyük olmamasının səbəbləri araşdırılacaq".

Başneft şirkətinə qarşı araşşdırma artıq keçirilir, açılmış ayrı cinayət işi çərçivəsində şirkətin milyarder sahibi Vladimir Yevtuşenkov ev dustaqlığı altına alınıb.

Başneft şirkətinə qarşı açılmış işi bəzi təhlilçilər 2003-ci ildə Mixail Xodorkovskinin YUKOS neft şirkətinə qarşı qaldırılmış cinayət işinə bənzədirlər.