Ermənistan etirazları: Aeroportdan yeriyərək tərk edən sərnişinlər - Şəkillərdə

Ermənistan parlamentində Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi yetərli qədər dəstək ala bilmədikdən sonra Yerevanın mərkəzində etirazlar yenidən qızışıb. İtaətsizlik şüarları altında keçən nümayiş iştirakçıları paytaxtın mərkəzində bəzi küçələri kəsir, nəqliyyatın hərəkətinə yol vermirlər. Onlar həmçinin dövlət qurumlarına girişləri də bloklamağa çalışır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi yetərli qədər dəstək qazana bilmədikdən sonra etirazlar yenidən qızışıb. İtaətsizliyə çağıran nümayişçilər küçələri kəsir. Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. AFP müxbirinin çəkdiyi şəkildə yolların bağlı olduğu üçün Yerevan aeroportunu yeriyərək tərk edən turistləri görmək olar.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi 1 mayda keçirilən parlament iclasında müzakirəyə çıxarılıb. Lakin o, tələb olunan 53 səsi qazana bilməyib. Etirazçılar buna görə parlamentdə çoxluq təşkil edən hakim Respublikaçı Partiyasını qınayırlar. Meydanda toplaşanlar toplaşanlar mühüm səsverməni canlı yayımda izləyiblər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Parlament səsverməsi hakim Respublikaçı Partiyasına qarşı hiddət doğurub. Nikol Paşinyan tərəfdarlarını itaətsizliyə səsləyir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mayın 2-də izdiham hakimiyyətin müxalifət lideri Nikol Paşinyana ötürmək tələbilə etiraz aksiyası keçirir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bir çox etirazçı istədiyinə nail olanadək küçələrdən çəkilmiyəcəyini deyir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Etirazlarda valideynlərinin yanında uşaqları da görmək olar.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Nümayiş iştirakçılarının çoxu gənclərdir - onlar itaətsizlik əlaməti olaraq, yolları kəsir, dövlət qurumlarına girişi bloklayır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mədəniyyət Nazirliyi qapısı qarşısında saxlanan avtomobil binaya girişi bloklayıb. Bu yolla etirazçılar hakimiyyətin müxalifətə ötürülməsi üçün təzyiqlərini artırırlar.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yerevan polisinin rəis müavini Valeri Osipyan (sağda) etirazçılar tərəfindən girişi bloklanan Ədliyyə Nazirliyi qarşısında hüquqşünas Nikolay Bağdasaryanla (solda) mübahisə edir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İtaətsizlik aksiyasına çağıranlar arasında tez-tez rəqs edənləri görmək olar, Yerevandan BBC Azərbaycancanın müxbiri Aleksey Manvelyan xəbər verir.