İngiltərədə gözəllik müsabiqəsinin azərbaycanlı iştirakçısı
Bu il Cardiff şəhərində keçirilən "Miss Universe GB" gözəllik yarışmasında Londonda yaşayan Umida İbrahimova da iştirak edir.
12 ildir İngiltərədə yaşayan Umida, idman jurnalistikası üzrə təhsil alıb.
Bununla yanaşı o, gözəllik müsabiqələrində də iştirak edir.
Umida 2013-cü ildə Londonda keçirilmiş "Miss USSR" müsabiqəsində də Azərbaycanı təmsil edib.
Onunla müsahibəni Vüsal Həmzəyev aparıb.


