Rusiyada hakimiyyət neft ixracının məhdudlaşdırılmasına hazırlaşır

Şəklin mənbəyi, RIA Novosti
Rusiya hökuməti neft ixracına məhdudiyyət qoyulacağı təqdirdə mümkün addımları nəzərdən keçirir, Rusiyanın iqtisadi inkişaf naziri deyib.
Aleksey Ulukayev etiraf edib ki, enerji daşıyıcılarının ucuzlaşması sadə adamlar və şirkətlərə ciddi təsir göstərə bilər.
Bununla yanaşı o, qiymətlərin aşağı düşməsinin rubl məzənnəsilə tənzimləndiyi üçün mümkün məhdudiyyətlərin Rusiya büdcəsinə əhəmiyyətli təsir göstərməyəcəyini deyib.
"Mən Rusiyaya qarşı sanksiyaların sərtəşdirilicəyini düşünmürəm, hərçənd ki belə ehtimalı proqnozlarımızda nəzərə alırıq. Biz Rusiya nefti və qazının ixracına mümkün məhdudiyyətlər ssenarisini nəzərdən keçiririk”, - Aleksey Ulukayev BBC Rus Xidmətinin müxbiri Olqa İvşinaya bildirib.
Rusiya naziri həmçinin deyib ki, neftə qiymə tin düşməsi Rusiya hakimiyyətini narahat edir.
“Bu, sərmayəçilərin planlarına təsir göstərir. İnvestisiya və istehlakçı tələbatı azala bilər. Bütün bunlar Ümumi Daxili Məhsulun dinamikasına mənfi təsir göstərir”.
Aleksey Ulukayev sərmayəçiləri dəstəkləmək üçün bir sıra hökumət proqramının hazırlandığını bildirib.




















