Virtual qız uşağı ilə online-seks cəhdinə görə ilk məhkəmə hökmü çıxarılıb

Sweetie

Şəklin mənbəyi, Terre des Hommes

Şəklin alt yazısı, Sweetie adlı kompyuter proqramından pul müqabilində seks aktı istədiyinə görə avstraliyalı istəvadəçimühakimə edilib.

Avstraliya vətəndaşı virtual qız uşağına seksual zəmində təkliflər etdiyinə görə məhkəmə qərarı ilə cəzalandırılıb.

Uşaqlara qarşı zorakılıq əleyhinə fəaliyyət göstərən Hollandiya qeyri-kommersiya təşkilatının əməkdaşları online çatlarda 10 yaşlı Sweetie adlı filippinli qız uşağı kimi özünü təqdim edən kompyuter proqramı yaradıblar.

Kişi istifadəçilər pul müqabilində həmin virtual qızcığaza veb-kamera qarşısnda sekslə məşğul olmağı təklif ediblərmiş.

Virtual qıza seks təklif etməkdə şübhəli bilinən minlərlə istifadəçi haqqında məlumat artıq dünya boyu polis orqanlarına göndərilib.

Avstraliyanın Brisbane şəhərinin dairə məhkəməsi Skott Robert Hanseni seksual səciyyəli cinayət törətməkdə təqsirli bilib.

Hansen virtual qız uşağına öz ədəbsiz fotoloranı göndərdiyini, kompyuterində uşaq pornoqrafiyası təsvir edilmiş fotoları saxladığını təsdiqləməklə tərəfindən qanunvericiliyin pozulduğu müəyyən edilmişdi.

Məhkəmənin qərarına əsasən, Hansenin online şəbəkə həmsöhbətinin virtual personaj olmasının məhkəmə qərarının qəbul edilməsi üçün heç bir əhəmiyyəti olmayıb.

Müttəhim Hansenin Sweetie adlı kompyuter proqramını gerçək qız uşağı kimi qəbul etməsi qeyd olunan məhkəmə qərarının çıxarılması üçün kifayət edib.

Hansen 2 illlik həbs cəzası kəsilib, lakin artıq 8 ay həbs altında saxlandığından o, həbsxanaya aparılmayıb.

Skott Robert Hansenə 1il ərzində seksual zəmində cinayət törətmiş şəxslər üçün nəzərdə tutulmuş reabilitasiya proqramı keçiləcək.