Lavrov: Rusiya-ABŞ münasibətlərini "yenidən yüklənməyə" ehtiyac var

Lavrov

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Lavrov Rusiya-ABŞ münasibətlərində "yenidən yüklənməyə" ehtiyacın yarandığını bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bazar günü Rusiyanın özünütəcrid vəziyyətinə keçmək istəmədiyini bildirərək, ABŞ ilə münasibətlərin "yenidən yüklənməsinə" çağırış edib.

"Biz bu münasibətlərin normallaşdırılmasında maraqlıyıq və həmin münasibətlərin pozulmasının təşəbbüskarı olmamışıq.

Ola bilsin ki indi bu münasibətlərin "yenidən yüklənməsinə" ehtiyac yaranıb, Sergey Lavrov Rusiya televisiyasına bildirib.

Rusiya XİN baçısının sözlərinə görə Moskva ABŞ-la münasibətlərdə bucür vəziyyətin "qeyri-müəyyən vaxtadək uzanmasında maraqlı deyil".

Eyni zamanda, Sergey Lavrov Rusiyada nüvə silahı da daxil silah arsenallarının təzələmək vaxtının yetişdiyini qeyd edib.

Onun təbirincə, arsenalların təzələnməsini Rusiyanın silah yarışına başlamaq niyyəti kimi yozulmamalıdır.