Prezident Poroshenko ABŞ-dan örtük yox, silah xahiş edib

Şəklin mənbəyi, EPA
ABŞ prezidenti Barack Obama Ağ Evdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb, daha sonra onların "möhkəm dostluğu" olduğunu bəyan edib, bununla belə onun hərbi yardım haqda xahişini yerinə yetirməkdən imtina edib.
"Birləşmiş Ştatların xalqı Ukrayna xalqının tərəfindədir", Obama Poroshenkoya Oval kabinetdə müraciət edərək deyib.
"Biz beynəlxalq birliyin Rusiyaya Ukraynanın istər şərqdə, istərsə də qərbdə öz qonşuları ilə mehriban münasibətləri dəstəkləməyə çalışdığını anlatmaq məqsədilə səfərbərlik səylərini davam etdirəcəyik", amerikalı prezident vurğulayıb.
Bununla belə o əlavə edib ki, ABŞ Ukraynaya ancaq hərbi avadanlıq təqdim edəcək, silah yox.
Daha əvvəl Ağ Ev Ukraynaya top atəşini xəbərdarlıq etmək üçün radar qurğularının daxil olduğu 46 milyon dollarlıq hərbi yardım paketinin təqdim ediləcəyini elan edib
ABŞ həmçinin Ukraynaya patrul avtomobilləri və qayıqlar, gödəkçə və ağır tikinti texnikası təqdim edəcək, eyni zamanda Ukraynanın şərqində hərbi əməliyyatlar zamanı zərər çəkənlərə yardım edən humanitar təşkilatlara 7 milyon dollar ayrılacaq.
"Uzun illərin problemi"
Obama ilə görüşdən əvvəl ukraynalı prezident ABŞ Konqresində çıxış edib və Ukraynanın avadanlıqla yanaşı həmçinin silaha da ehtiyacı olduğunu bəyan edib.

Şəklin mənbəyi, Reuters
Ukrayna hərbçilərinə silah lazımdır, təkcə bağlama və örtük yox, Poroshenko vurğulayıb.
"Örtüklər, gecə görmək üçün eynək çox vacibdir, amma biz müharibədə yeganə örtüklərlə qalib gələ bilməyəcəyik", Petro Poroshenko deyib.
Ukrayna prezidentinin Konqresdə yardım haqda çağırışı davamlı alqışlarla qarşılanıb.
Poroshenko Krımın ilhaqını Rusiya tərəfindən xain addım adlandırıb. Onun sözlərinə görə, bu Avropada təhlükəsizliyin dərin böhranına gətirib çıxartdı.
























