İraq böhranı: islamçılar İraqda yeni şəhərləri ələ alıblar

İraq təhlükəsizlik qüvvələri Mosuldan Bağdada gedən yolda.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, İraq təhlükəsizlik qüvvələri Mosuldan Bağdada gedən yolda.

“İraq və Şamın İslam Dövləti” (İŞİD) qruplaşmasının döyüşçüləri Mosul və Tikriti ələ aldqıdan sonra İraqın şimal-qərbindəki Calaulla və Səudiyyə şəhərlərini zəbt ediblər.

ABŞ İraq hakimiyyətinə kömək edəcəyini bildirib.

Bundan əvvəl İŞİD Bağdada doğru irəliləcəyini bildirmişdir ki, buda ölkənin parçalana biləcəyilə bağlı narahtlıqlara səbəb olub.

Müşahidəçilərə görə İraq tədricən sünni şiə və kürd hissələrinə bölünür.

"Biz cihadçıların İraq və Suriyada daimi qalmağında maraqlı deyilik”, - ABŞ prezidenti Barack Obama cümə axşamı bildirib.

Ağ Ev İraq ərazisindəki islamçı mövqelərinə qarşı hava zərbələrinin endirilməsini istisna etməyib.

Çərşənbə axşamı islamçıların Mosul və Tikriti ələ almasından sonra kürdlərin peşmərgə döyüşçüləri bölgənin mühüm Kərkük şəhəri üzərində tam nəzarətə malik olduğunu elan ediblər.

Peşmərgə

Barack Obama İraqa tələb edilən yardımın göstəriləcəyini bildirib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Barack Obama İraqa tələb edilən yardımın göstəriləcəyini bildirib.

"Bütün Kərkük peşmergə döyüşçülərin əlindədir", - Kürdlərin nümayəndəsi Cabbar Yawar Reuters agentliyinə bildirib. -"Hazırda Kərkükdə İraq ordusu yoxdur".

İraq ordusu geri çəkildikdən sonra kürd döyüşçüləri sünni üsyançıların irəliləməsinin qarşısını alacaq yeganə qüvvə sayılır.

ABŞ son iki gündə Mosul və Tikrit şəhərləri üzərində nəzarəti ələ keçirən “İraq və Şamın İslam Dövləti” qruplaşması ilə mübarizədə yardım etməyə hazır olduğunu bəyan edib.

ABŞ Dövlət Departamentinin bəyanatında İraq və Türkiyə dövləti ilə məsləhətləşmələr və Amerikanın onlara istənilən lazımi yardımı göstərməyə hazır olduğu deyilir.

İraq dövlətinin yaxın müttəfiqi və şiələrin dominant olduğu İran Suriyada Bəşər Asədi devirməyə cəhd edən cihadçılarla mübarizədə Bağdadı yardıma çağırıb.

İŞİD qruplaşması Bağdada doğru irəliləcəyini bildirib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İŞİD qruplaşması Bağdada doğru irəliləcəyini bildirib.

Britaniya xarici işlər naziri William Hague BBC-yə müsahibəsində deyib ki, İraqda döyüşçülərin əməliyyatı Suriyadakı münaqişənin qonşu ölkələrin stabilliyini pozması görüntüsünü yaratmağa xidmət edir.

Birləşmir Millətlər Təşkilatının Təhlükəsizlik Şurası döyüşçülərin İraq şəhərlərinə hücumunu mühakimə edib. BMT təmsilçilərinin sözlərinə görə, yarım milyon insanın qaçmağa məcbur olduğu Mosul ətrafında humanitar vəziyyət “çox çətindir və dəqiqəbədəqiqə pisləşir”.

BMT Baş Katibi Ban Ki-Moon İraq hakimiyyətinə həmrəylik göstərmək üçün dünya ictimaiyyətinə çağırışla müraciət edib, onun sözlərinə görə “milli təhlükəsizliyə belə ciddi təhlükə” ilə üzləşməyə məcbur olur.

Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, döyüşçülər yaxın vaxtda Bağdada tərəf getmək haqda öz planlarını gizlətmirlər.

“Əl Qaidə”dən ayrılan “İraq və Şamın İslam Dövləti” qruplaşması əsasən Suriya ərazisində fəaliyyət göstərir, amma indi o İraq ərazisində əməliyyatları genişləndirib.

İraq təhlükəsizlik orqanlarının məlumatına görə, onun himayəsi altında üç mindən büş minə qədər döyüşçü var.

Daha əvvəl islamçılar Tikrit şəhərinə bundan bir gün əvvəl Mosul şəhərini ələ keçirəndən sonra hücum edib

Hakimiyətin məlumatına görə, silahlı şəxslər Tikrit şəhəri nəzarəti ələ keçirib. Bağdandan 150 km şimalda yerləşən bu şəhər ölkənin keçmiş prezidenti Səddam Hüsseynin burda yaşaması ilə tanınır.

Şəhərdə şiddətli döyüşlər gedib - onlarla döyüşçü Səlahəddin əyalətinin inzibati rəhbərlik binasının yanında təhlükəsizlik qüvvələri ilə atışıb.

Şahidlərdən biri BBC-ə deyib ki, islamçılar şəhərə dörd istiqamətdən hücum edib. Onlar polis maşınını yandırmağa müvəffəq olublar.

İraqın baş naziri Nuri əl-Maliki "cihadçılara qarşı mübarizə aparacağını" və mövqelərini tərk edən təhlükəsizlik xidməti əməkdaşlarını cəzalandıracağına söz verib.

İraqın böyüklüyünə görə ikinci şəhəri Mosuluun yarım milyon əhalisi şəhər islamçıların nəzarəti altına keçdikdən sonra şəhəri tərk etmək məcburiyyətində qalıb.

Mosulu qaçaraq tərk edənlər sırasında əsgərlər və İraq ordusunun zabitləridir. Onların bir çoxu silahı atıb və formalarını mülki geyimə dəyişib.

“İraq və Şamın İslam Dövləti” qruplaşması hazırda İraqın şimalında olan Ninəva əyalətini üzərində bütün nəzarəti ələ keçirib.

BBC müxbirlərinin verdiyi məlumata görə, on minlərlə qaçqın hakimiyyətin onlar üçün düzəltdiyi düşərgələrin yerləşdiyi Kürdüstana istiqamətlənib.

Kürdüstan hakimiyyəti BMT-nin qaçqınlarla iş üzrə agentliyinə yardım üçün çağırış edib.

İslamçılar Mosulda türk diplomatik missiyasında işləyən Türkiyə vətəndaşlarını ələ keçiriblər. Türkiyə hakimiyyətinin məlumatına görə, islamçılar 50-yə yaxın türkü saxlayıb.

Mosulu ələ keçirən cihadçılar yüzlərlə məhbusu türmələrdən azadlığa buraxıb və yerli hava limanını ələ keçirib.

Mosul qubernatoru əyalətdən qaçıb, ordu qüvvələri və polis mövqelərini tərk edib.