Uilyam Şekspirin 450 yaşı tamam olur

William Shakespeare

Şəklin mənbəyi, g

Şəklin alt yazısı, Sorğuda iştirak edənlərin 14 faizi Uilyam Şekspiri Britaniyanın mədəniyyət ikonası adlandırıb

Uilyam Şekspir (William Shakespeare) Britaniyanın ən böyük mədəniyyət ikonasıdır, onun doğumunun 450 illiyini qeyd etmək üçün açıqlanan sorğunun nəticələri bunu göstərir.

Hindistan, Braziliya, Almaniya, Çin və ABŞ-da 5000 gənc Britaniya sənəti və mədəniyyəti ilə əlaqələndirdikləri şəxsin adını qeyd edib.

Ümumi hesabla adamların 14 faizi Şekspiri seçib və o, sorğuda birinci yeri alıb.

Nəticələr dünyada Britaniya mədəniyyətini təbliğ edən British Council-ın apardığı daha geniş tədqiqatda aşkar olunub.

Kraliça ikinci yeri, David Beckham isə üçüncü yeri alıb. Digər populyar cavablar arasında yazıçı JK Rowling, The Beatles qrupu və müğənnilər Adele, Paul McCartney və Elton John olub.

Sorğuda iştirak edənlər arasında Şekspiri ən çox Çində (25 faiz), ən az isə ABŞ-da (6 faiz) seçiblər.

Şekspir 52 yaşında, aprelin 23-də ölüb. Onun 1564-cü ildə doğulduğu tarix dəqiq bilinməsə də, aprelin 23-də qeyd olunur.

Shakespeare

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Söz buludu: British Council tədqiqatının nəticələri