Neftin sonu hələ çatmayıb?

Neft qurğuları

Beynəxalq Energetika Agentliyinə (BEA) əsasən ABŞ-da yeni böyük yataqların kəşfi ilə neft ehtiyatları barədə qlobal proqnozlar müsbətə doğru dəyişdirilib.

“Cəmi bir neçə il əvvəl hamı ABŞ-dakı hasilatın daim azalacağı qənaətində idi. Ölkənin getdikcə ixracın artırılması problemilə üzləşəcəyi düşünülürdü. Hazırda isə ABŞ özünü təmin etmə istiqamətində hərəkət edir”, BEA-nın neft bazarları üzrə şöbə müdiri Antoine Halff bildirir.

Onun sözlərinə görə, neftin artım proqnozları ABŞ-da şist (əlçatmaz süxurlar) ehtiyatları, yeni üsulla aparılan qazıntılar və bir sıra digər səbəblərə görə mümkün olub.

Proqnozlar

BEA proqnozlarından birinə əsasən ABŞ artıq 2020-ci və ola bilsin ki, hətta 2017-ci ildə Səudiyyə Ərəbistanından artıq neft hasil edə bilər.

Hidropartlayış üsulu ilə hasilat öncə perspektivsiz sayılan rayonlarda da uğurla tətbiq olunmaqdadır.

Bununla yanaşı geoloji kəşfiyyat göstəricilərinin təhlil metodları da dəyişdirilib.

Seysmik məlumatların stereoskopik interpretasiyası şist süxurlarının qaz və neft tərkibini daha dəqiq müəyyənləşdirmək imkanı verir.

Horizontal qazma üsulu isə üst-üstə yerləşən belə süxurlardakı neft hasil oluna bilər.

Qurğu
Şəklin alt yazısı, Hasılatın yeni və köhnə bölgələrində təzə quyular qazınır.

Yüksək təzyiqli su zərbəsi ilə süxurların dağıdılması indiyədək əlçatmaz olan yataqlarda hasilatın aparılmasını mümkün edib.

XIX əsrin 90-cı illərində mərkəzi Kaliforniyada neft quyulardan öz təzyiqilə çıxıb.

Artıq ötən əsrin 40-cı illərində “bağlanılmış” neftin çıxarılması üçün quyuların qızğın buxarla işlənilməsi metodu tətbiq olunmağa başlayıb ki, bu günlərədək istifadə olunur.

Holmes Western şirkətindən Fred Holmes deyir ki, yeni usulların istifadəsi neftin bahalaşması sayəsində mümkün olub.

"Bizim ölkədə neft ehtiyatları hazırkı üsulların istifadəsilə hələ yüz il bəs edər. Başqa ölkələrdə isə ehtiyatlar bundan da zəngindir”, o bildirib.

Onun sözlərinə görə San Hoakin vadisində müasir texnologiyaların və yeni quyuların istifadəsinə görə hasilatdakı 8 faiz azalma təmayülünün qarşısı alınıb.

Kaliforniyanın Monterey rayonundakı şist yataqlarda 15 milyard barrel nefti ehtiyatlarının olduğu güman edilir.

Hərçənd çətin geoloji vəziyyət üzündən bu neftin çıxarılma perspektivləri qeyri-müəyyən olaraq qalır.

Ekologiya

Neft bumu, alternativ enerjiyə keçmək üçün əlindən gələni etməyə çağıran ekoloqlar və yaşıllar hərəkətlərini dəhşətə gətirir.

Bioloji Müxtəliflik Mərkəzindən Kassie Siegel deyir ki, yeni karbohidrogen mənbələrinin mövcud olması onların avtomatik istifadəsinə gətirib çıxarmamalıdır.

"Biz Kaliforniyadakı neft bumuna qarşı döyüşü udmalıyıq. Atmosferə atılan istixana qazlarını əhəmiyyətli şəkildə artırmaq riski olmadan bu neftin istifadəsi mümkün deyil”.

Ekoloqlarla yanaşı yerli fermerlər neft bumunun əleyhinədirlər.

Kaliforniyada badam bağları sahibi Tom Frantz deyir ki, hazırda bölgədəki quyuların sayının 70 olduğunu və onların sayının ştatın şimalına qədər arta biləcəyini deyir.

Bölgədə fəaliyyət göstərən şirkətlər məsələni şərh etməkdən imtina ediblər. Mövzu mübahisəli olaraq qalmaqdadır.

Geofizika cəmiyyətinin Eos jurnalı ötən həftədəki buraxılışında zirvə hasilatı barədə mülahizənin mif olduğunu deyənləri dəstəkləyib.

Lakin məqalə müəllifləri deyirlər ki, neftin bahalaşmasının özü hasilatı məhdudlaşdırmağa qadir faktordur.

Aparıcı mütəxəssislərdən biri ucuz neft dönəminin arxada qaldığını bildirib.

“Neftin dəyəri artacaq, lakin bununla yanaşı yeni hasilat üsulları da yaranacaq”.

Belə görünür ki, dünyada neftin sonu hələ ki gəlib çatmayıb.