Şahzadə Philip: Kraliça və xalq onunla vidalaşır

Britaniya Kraliçası öz həyat yoldaşı, Edinburq Hersoqunun Windsor Qəsri ərazisində keçirilən dəfninin matəm mərasimində ailəsinə və xalqına başçılıq edib.

Şəklin mənbəyi, PA Media

Kraliça Xor yerinin önündə, altara ən yaxın yerdə əyləşib. Onunla üzbəüz Wales Şahzadəsi və Cornwall Hersoginyası mövqe tutmuşdu.

Şəklin mənbəyi, PA Media

Şəklin mənbəyi, PA Media

Şəklin mənbəyi, Getty Images

Onun tabutu, Hersoqun özünün də hazırlanmasında iştirak etdiyi Land Rover avtomobili ilə qısa məsafədə yerləşən Müqəddəs George kilsəsinə aparılıb.

Kraliyyət Ailəsinin doqquz üzvü tabutun arxasınca gəliblər. İlk sırada Şahzadə Anne, Şahzadə Charles, onların ardınca isə Şahzadə Edward-la Şahzadə Andrew gəliblər.

Şəklin mənbəyi, Getty Images

Öz bibisi oğlu - Peter Phillips-lə yanaşı gələn Şahzadə William və Şahzadə Harry üçüncü sırada olublar.

Şəklin mənbəyi, Getty Images

Vitse-admiral Sir Timothy Laurence və Snowdon Earl-i növbəti sırada olublar. Onlardan sonra Hersoqun ev heyəti üzvləri addımlayıblar.

Şəklin mənbəyi, PA Media

Hersoq üçün sükut anından əvvəl milli himnin sədaları altında Kraliçanın avtomobili kilsəyə gəlib. O, Canterbury Baş Yepiskopu ilə görüşmək üçün içəriyə daxil olub.

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, Mərasimindən əvvəlində tabut kilsəyə gətirilib. Sükut anı ilə əlaqədar pilləkənlərdə onun daşınmasına fasilə verilib

Şəklin mənbəyi, PA Media

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Cornwall Hersoginyası Müqəddəs George Kilsəsinə gəlib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cambridge Hersoginyası Catherine dəfn mərasimindən əvvəl ora çatıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Saray Süvarilərinin üzvləri mərasimə gəlirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Piyada Mühafizə qrupu mövqelərinə doğru addımlayır

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kral Atlı Artilleriya Alayı Windsor Qəsrinə yaxınlaşır

Yüzlərlə insan günorta saatlarında Windsor Qəsrinə yollanan Kral Atlı Artilleriya Alayının yürüşünə tamaşa edib.

Üzərlərində qara, qızılı və qırmızı rəngli forma olan və üç silah gəzdirən onlarla atlı, Qəsrin Cambridge Darvazasına doğru irəliləyiblər.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, PA Media

Alay üzvləri Şahzadə Philip-in tabutu kilsəyə gətirilərkən Windsor Qalasının şərq çəmənliyində başlayan sükut anından əvvəl və sonra topdan atəş açıblar.

Şəklin mənbəyi, PA Media

Hersoqun xatirəsini yad etmək üçün Windsor Qəsrinə bəzi insanların gəlməsinə rəğmən, məhdudiyyətlərə görə, ərazidə əsasən sakitlik hökm sürüb.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Reuters

Edinburq Hersoqu Windsor-daki Müqəddəs George kilsəsinin Altarında sərgilənən fərqlənmə nişanlarını şəxsən seçib.

Britaniya və Birlik ölkələri tərəfindən ona verilmiş medal və nişanlar doqquz yastıqda yerləşdirilib.

O, Danimarka və Yunanıstan Şahzadəsi kimi irsini xatırladaraq Yunanıstan və Danimarkadan olan nişanlarını da əlavə edib.

Şəklin mənbəyi, PA Media

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Müqəddəs George Kilsəsində Şahzadə Philip-in çox sayda orden və medalları nümayiş olunub

Şəklin mənbəyi, Getty Images

Bütün fotolar müəlliflik hüquqları ilə qorunur.