İlin yemək fotoqrafı yarışının qalibləri

Pink Lady Food Photography illik fotomüsabiqəsinin qalibləri

Şəklin mənbəyi, Noor Ahmed Gelal

Şəklin alt yazısı, 60 ölkəni təmsil edən 40,000 iş təqdim edilən müsabiqənin qalibi Banqladeş təmsilçisi Nur Əhməd Cəlal elan edilib. Onun təqdim etdiyi şəkildə Hindu məbədində iftar açmağa hazırlaşan insanlar təsvir olunub.

Şəklin mənbəyi, Victor Pugatschew

Şəklin alt yazısı, Viktor Puqaçov şərabçılıq üzrə ilin ən yaxşı fotoqrafı adını qazanıb. Fransanın Champagne bölgəsində çəkilmiş bu fotoda Chardonnay növ üzümün sıxılması və şirəsinin çənə vurulması anı təsvir olunub.

Şəklin mənbəyi, Debdatta Chakraborty

Şəklin alt yazısı, Debdatta Chakraborty "Evinə yemək gətir" kateqoriyasında qalib gəlib. Onun çəkdiyi fotoda Bengal çayında balıq tutmaq üçün tor atan yerli balıqçılar təsvir olunub.

Şəklin mənbəyi, Aniko Lueff Takacs

Şəklin alt yazısı, Aniko Lueff-in "Yemək bloloqeri" kateqoriyasında qalib gəlmiş fotosunda üzərindən bal süzülən arı pətəyi parçaları göstərilib. Həmin balı arılar lavanda güllərindən çəkib, balın üstünə də lavanda gülü qönçələri səpələnib.

Şəklin mənbəyi, Tom Parker

Şəklin alt yazısı, "Yemək və Süfrə" kateqoriyasında qələbəni Tom Parker qazanıb. Bu şəkildə Kolumbiyada, Carteghena-dakı oteldə aşpazın yemək təqdim etməsi anı təsvir edilib.

Şəklin mənbəyi, Michael Meisen

Şəklin alt yazısı, Alma və qızılgül buketi. Michael Meisen-in yaratdığı bu təsvir "Günə bir alma" kateqoriyasında qalib gəlib.

Şəklin mənbəyi, Oliver Hauser

Şəklin alt yazısı, Bu fotonun müəllifi Oliver Hauser-dir. Şəkil "Kişi Qadın üçün yemək hazırlayır" silsiləsi üçün çəkilib. Bu foto "Yemək isti-isti" kateqoriyasında birincilik qazanıb.

Şəklin mənbəyi, Andy Grimshaw

Şəklin alt yazısı, Yaşı lobya təsvirli bu foto "Məhsulun Qaymağı" kateqoriyasında qalib gəlib. Fotonun müəllifi Andy Grimshaw-dur.

Şəklin mənbəyi, Guillaume Flandre

Şəklin alt yazısı, "Yemək və torpaq" kateqoriyasında qalib gəlmiş bu şəkil Seneqalın Dakar şəhərində çəkilib. Guillaume Flandre bu fotonu bazarda çəkib.

Şəklin mənbəyi, Guillaume Flandre

Şəklin alt yazısı, Flandre-nin çəkdiyi bu foto isə "Yemək və ailə" kateqoriyasında qalib gəlib. Fotoqraf öz atasını və babasını mətbəxdə Milad bayramı ərəfəsi yemək hazırladıqları an lentə alıb.

Şəklin mənbəyi, Linda Taylor

Şəklin alt yazısı, Linda Taylor-un çəkdiyi bu, armud və pirojna kompozisiyası "Yemək portreti" kateqoriyasının qalibi olub.

Şəklin mənbəyi, John Carey

Şəklin alt yazısı, John Carey tərəfindən çəkilmiş bu şəkildə aşpaz Calum Franklin kökə hazırladığı anda çəkilib. Foto "Yemək fəaliyyətdə" kateqoriyasında birinciliyiyə layiq görülüb.

Şəklin mənbəyi, Probal Rashid

Şəklin alt yazısı, "Yaşamaq üçün Yemək" kaeqoriyasında Probal Rəşidin çəkdiyi şəkil qalib qəlib. Banqladeşin Bola məntəqsində çəkilmiş bu fotoda Lokman Miah adlı balıqçı qayığında yemək bişirdiyi anda təsvir olunub.

Şəklin mənbəyi, Derek Snee

Şəklin alt yazısı, Kataloniya yemeyi sayılan "paella" Britaniyanın Newcastle şəhərindəki Milad Bazarında hazırlanın zaman Derek Snee tərəfindən çəkilmiş bu şəkil "Britaniya Yemək festivalları kateqoriyasında birincilik qazanıb.

Şəklin mənbəyi, Jade Nina Sarkhel

Şəklin alt yazısı, Jade Nina Sarkhel bu fotonu Mumbay şəhərində Divali bayramına 1 gün qalmış çəkib. Qadınlar çörək sifariş etmək üçün növbədə gözləyirlər. Bu şəkil "Satış üçün Yemək" kateqoriyasında qalib gəlib.

Şəklin mənbəyi, Paul Steven

Şəklin alt yazısı, İngiltərənin Exmoor dağlıq ərazisində lentə alınmış dağ camışı. Paul Steven bu fotonu smartfonu vasitəsilə çəkib, şəkil də elə smartfonlarla çəkilmiş şəkillər kateqoriyasında birincilik qazanıb.

Şəklin mənbəyi, Becci Hutchings

Şəklin alt yazısı, Yenə də bal pətəyi parçaları təsvir edimiş foto. Bu şəkli çəkən Becci Hutchings "Tələbə Yemək Fotoqrafı" kateqoriyasında qalib gəlib.