Stephen Hawking: Ömür yolu şəkillərdə

Hərəkəti idarə edən sinir sisteminin zədələnməsindən (motoneyron xəstəliyi) əziyyət çəkən fizik 76 yaşında vəfat edib.

Şəklin alt yazısı, Stephen Hawking 1942-ci ildə doğulub, fizikanı Oxford-da öyrənib, sonradan kosmologiya sahəsində elmi araşdırmalarını Cambridge-də davam etdirib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 22 yaşında Stephen-də hərəkəti əlaqələndirən sinir hüceyrələrinin nadir xəstəliyi aşkar olunur. Birinci arvadı Jane ilə evlənməyə hazırlaşdığı dövrdə həkimlər onun çox yaşamayacağını proqnoz ediblər. Cütün ailə həyatı 26 il davam edib, onların 3 övladı doğulub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Stephen Hawking təkərli kürsüdən istifadə etməli olub və nitqində çətinlik yarandığı üçün səs sintezatoru vasitəsilə fikirlərini bildirib. Hawking-i məşhurlaşdıran onun 1988-ci ildə yazdığı Zamanın Qısa Tarixi adlı kitabı olub. Həmin kitabın 10 milyondan çox nüsxəsi satılıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 1995-ci ildə Hawking ona baxan xadimələrdən biri ilə, Elaine Mason adlı qadınla evlənir. Onlar 11 il evli olduqdan sonra boşanıblar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2007-ci ildə Hawking iflic xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan dünyada ilk insan olub. Bundan sonra o deyib: "Bəşəriyyət kosmosa çıxmasa, gələcəyi olmayacaq".

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Dünya şöhrətli fizik müxtəlif universitetlərdə mühazirələr oxuyub. Bu fotoda Stephen Hawking 2008-ci ildə George Washington Universitetində mühazirə oxuduğu vaxt göstərilib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Stephen Hawking riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb, 2009-cu ildə o zaman ABŞ prezidenti olan Barack Obama alimi Azadlıq Prezident Medalı ilə təltif edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 2014-cü ildə St James sarayında təşkil edilmiş xeyriyyə tədbirində Stephen Hawking Britaniya kraliçası Elizabeth ilə görüşüb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2014-cü ildə Stephen Hawking-in həyatından bəhs edən və "Hər şeyin nəzəriyyəsi" adlanan film çəkilib. Filmdə baş rolu aktyor Eddie Redmayn ifa edib. Bu şəkildə gerçək qəhraman və onun obrazını filmdə yaradan aktyor birgə çəkiliblər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2017-ci ildə Hawking Honqkonqda auditoriya qarşısında holoqram texnologiyası vasitəsilə çıxış etmişdi. Alimin holoqram vasitəsilə çıxışı onun Cambridge Universitetindəki iş otağından təşkil edilmişdi. Alimin ölümündən sonra onun övladları bildirib ki, Hawking-in özündən sonra qoyub getdiyi irs "uzun illər boyu yaşayacaq".