Şəkillərdə: Müsəlmanlar Ramazan bayramını qeyd edirlər

Bütün dünyada Müsəlmanlar Ramazanın sonuncu günündə İd əl-Fitr bayramını qeyd edirlər.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Misir və digər ərəb ölkələri yeni ay göründükdən sonra bayramı bazar günü qeyd etməyə başlayıblar. Bu səhnə Misirin paytaxtı Qahirədən 120 kilometr şimalda yerləşən Dalqamon kəndindəndir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Misirin Dalqamon kəndinin sakinləri bir ənənə olaraq mərhum ailə üzvlərinin qəbirlərinə ziyarət ediblər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bu türkiyəli müsəlmanlar bayramı qeyd etmək üçün tarixi Sultan Əhməd məscidinə namaz qılmağa gəliblər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rusiyanın paytaxtı Moskvanın mərkəzi məscidinin yanından keçən küçədə müsəlman namaz qılır. Şəhərdə Orta Asiya və Qafqazdan gələn müsəlmanların namaz qılmaları üçün kifayət qədər yer yoxdur.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qırğızıstanın paytaxtı Bişkekdə müsəlmanlar küçədə Sovet İttifaqının yaradıcısı Vladimir Leninə həsr olunmuş heykəlin önündə namaz qılırlar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bu fələstinlilər Yerusəlimin (Qüds) Qədim Şəhərində, Əqsa Məscidinin yaxınlığında yerləşən müsəlman məzarlığını ziyarət edirlər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bu fələstinli qadınlar və qızlar Qəzza şəhərində namaz qılmağa hazırlaşırlar. Bundan bir həftə əvvəl ödənişlə bağlı mübahisədən sonra Qəzza zolağının elektrostansiyasına yanacaq təchizatını dayandırmış Misir, təchizatı İd əl-Fitr bayramından bir həftə əvvəl bərpa edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Filippin ordusu ölkənin əsasən müsəlman Maravi şəhərində özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşləri müvəqqəti olaraq dayandırıb.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Bazar günü Pakistanda uşaqlar yelləncəklərdə yellənirlər. Pakistanda yeni Ayın burada görünməsinə əsasən İd əl-Fitr bayramı bazar ertəsi qeyd ediləcək.